HaaqadaNizami Gəncəvi” kitabının təqdimatı

 

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Almaniyada yaşayan azərbaycanlı yazar Orxan Arasın “Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib.

Şəhərdəki “Transval” kitabxanasında təşkil olunan tədbiri dərnəyin sədri İlhan Aşqın açaraq kitab haqqında məlumat verib.

Müəllif Orxan Aras çıxış edərək Nizami Gəncəvinin yaradıcılığından, hollandtürk dillərində olan kitabın yazılma tarixindən danışıb. Azərbaycan diasporunun üzvləri Nizaminin şeirlərini söyləyiblər. Şairin sözlərinə bəstələnmiş musiqi parçaları ifa edilib.

Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın və Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva tədbirə qatılmış diaspor fəallarına, eləcə də dərnək üzvlərinə təşəkkürnamələr təqdim ediblər.

Mərasimdə Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin əməkdaşı Səbinə Sadıqova, Türkiyə səfirliyinin nümayəndəsi Ozan Can Gümüş iştirak ediblər.

 

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.8.