“Beşmanatlıq gəlin” yenidən səhnədə

 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni quruluşlu retro komediya – “Beşmanatlıq gəlin” aprelin 24-də növbəti dəfə nümayiş etdiriləcək.

Bəstəkar Səid Rüstəmov və yazıçı-dramaturq Məmməd Səid Ordubadinin birgə ərsəyə gətirdiyi, 1940-90-cı illərdə müxtəlif quruluşlarda teatrın repertuarında yer almış “Beş manatlıq gəlin” 2020-ci ildə səhnəyə qayıtsa da, pandemiya səbəbindən nümayişi iki ilədək ləngidi.

Məişət mövzulu komediyaya teatrın rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov quruluş verib. Tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva çıxış edəcəklər.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər ZakirLeyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

 

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.5.