Milli Konservatoriyada Tar festivalı

 

“Şuşa İli” soraqlı tədbirdə peşəkar tarzənlər iştirak edib

 

 

Azərbaycan Milli Konservatoriyasında (AMK) 4-7 aprel tarixində təşkil olunan Tar festivalı başa çatıb. Festival “Şuşa İlimünasibətilə gerçəkləşib. Aprelin 7-də konservatoriyada festivalın bağlanış mərasimi keçirilib.

AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxışında bildirib ki, ilk dəfə təşkil edilən festival böyük maraq doğurub: “Festival hətta tarını yerə qoymuş yaşlı ifaçıları belə yenidən bu alətə sarılmağa sövq edib. Bu, insanlarda tar alətinə olan əsl sevginin bariz nümunəsidir. Bu münasibəti nəzərə alaraq kamança, qanun balaban alətləri üzrə festivallar da təşkil edəcəyik. Hətta xaricdən ifaçılar dəvət etmək istəyirik. Qoy dünyanın müxtəlif yerlərindən, Türkiyədən, İrandan, Özbəkistan digər ölkələrdən peşəkar musiqiçilər gəlib öz məharətlərini bu səhnədə göstərsinlər”.

Rektor ilk festivalda tar ifaçılığında öz sözünü demiş ifaçılarla yanaşı, gənc tarzənlərin həvəslə, məharətlə iştirak etdiklərini bildirib: “Onların hər biri bu gün ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil edirlər. Bu, milli-mənəvi dəyərlərimizin təbliğatında ən əsas işlərdən biridir. Bir daha bütün festival iştirakçılarını təbrik edir onlara təşəkkürümü bildirirəm. Gələn il yenidən bu festivalda görüşərik”.

Siyavuş Kərimi festival iştirakçılarına AMK-nın təşəkkürnamələrini təqdim edib.

 

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Festivalda iştirak etmiş ifaçıların bir qismi musiqi nömrələri ilə çıxış ediblər.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.5.