“Muzeyi peşəkardan
öyrənək”
Regional idarələr üzrə təlim-seminarlar
başlayıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən regionlardakı muzeylərin fəaliyyətinin daha da təkmilləşdirilməsi, muzey əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Muzeyi peşəkardan öyrənək” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində ilk təlim-seminar Gəncə şəhərində təşkil olunub. Gəncə Regional Mədəniyyət İdarəsi üzrə fəaliyyət göstərən muzey və Heydər Əliyev mərkəzləri əməkdaşlarının qatıldığı seminarda Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və muzeyin fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən “Muzey sahəsində müasir çağırışlar”, “Fond və mühafizə işi”, “Dünya muzeyləri” mövzuları üzrə təlim-müzakirə keçirilib.
Seminarda Gəncə və Naftalan şəhərləri, Xocalı, Samux və Goranboy rayonları üzrə Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və ev muzeyləri – ümumilikdə 14 mədəniyyət müəssisəsindən 90-dək muzey əməkdaşı iştirak edib.
Layihənin digər regional
idarələr üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları
üçün təşkili də nəzərdə
tutulur.
Mədəniyyət.- 2022.- 13 aprel.-
S.4.