Molla Nəsrəddin”in davamçıları

 

Ötən əsrin əvvəlində nəşr olunmuş satirik jurnallar latın qrafikalı əlifbada

 

 

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaMolla Nəsrəddin” ədəbi məktəbinin davamçıları – “Bəhlul” (1907), “Arı” (1910-1911), “Mirat” (1910),  “Kəlniyyət” (1912-1913) və “Məşəl” (1919-1920) satirik jurnallarının latın qrafikalı əlifba ilə nəşrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, bu jurnallar ilk dəfə transfoneliterasiya edilərək yeni əlifbada nəşr olunub. Bu institutun Mətbuat tarixipublisistika şöbəsi tərəfindən həyata keçirilib. Jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici və qeydlərin müəllifləri filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi Dilbər Rzayevadır.

İ.Həbibbəyli diqqətə çatdırıb ki, milli mətbuatımızın ilki olan “Əkinçi” qəzeti, ilk satirik nəşrimiz olanMolla Nəsrəddin” jurnalı da bundan öncə transfoneliterasiya edilərək işıq üzü görüb. “Ziya” qəzeti də mərhum Müştəba Əliyev tərəfindən çevrilibçap edilib. “Ziyayi-Qafqaziyyə” isə çapa hazırdır, bu il çap edəcəyik. Həmçinin şöbədə “Molla Nəsrəddin” ensiklopediyası” da hazırlanaraq nəşr olunub. İlk dəfə Azərbaycanda bir mətbuat orqanının ensiklopediyası hazırlanıb.

Təqdimatda Ədəbiyyat İnstitutunun Mətbuat tarixipublisistika şöbəsinin müdiri Vüqar Əhməd “Molla Nəsrəddin” ənənələri və satirik mətbuat” mövzusunda çıxış edib.

Bakı Dövlət Universitetinin kafedra müdirləri, professorlar Cahangir Məmmədli və Allahverdi Məmmədli “Molla Nəsrəddin” jurnalının ədəbi və mətbu məktəb kimi rolunu vurğulayıblar.

Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli, Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov, Gülbəniz Babayevabaşqa çıxış edənlər təxminən bir əsr sonra latın qrafikalı əlifbada çap olunan nəşrlərin əhəmiyyətindən söz açıblar.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.6.