kölgə”də görünən azad rənglər

 

Xalq rəssamı Cəlil Hüseynovun yubiley sərgisi

 

 

 

Müasir İncəsənət Muzeyində aprelin 8-də Xalq rəssamı Cəlil Hüseynovun 65 illiyinə həsr olunmuş kölgə” adlı sərginin açılış mərasimi keçirildi.

 

Rəsmilər, tanınmış sənət adamları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi sərgi Mədəniyyət NazirliyiMüasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşirdi.

 

Müasir İncəsənət Muzeyinə qonaqlardan tez gəlmişik. Sərgi gözəl hazırlanıb. Xalq rəssamı, professor Cəlil Hüseynov da qonaqlarını qarşılamaq üçün hazırdır. Yubiley yaşı və ilk fərdi sərginin həyəcanı hiss olunur. Vaxtın tamamına az qalmış rəssamın sənət dostlarının axını başlayır.

 

Səmimiyyətlə qonaqları qarşılayan yubilyar təvazökarlıq edib müsahibə vermək istəməsə də, qısa fikrini ala bilirik. Fırça ustası deyir: “Sərgidə 1970-ci illərin sonlarından başlayaraq müxtəlif dövrlərdə işlədiyim 60-dək əsər nümayiş olunur. Söhbət qadın obrazlarına gəlincə isə demək istərdim ki, qadın obrazları hər zaman rəssamların əsas mövzularından biri olub. Ancaq çəkdiyim rəsmlər təkcə bununla bitmir. Mənim işlərim arasında natürmortlar, Abşeron mənzərələrini də görmək olar. Bu mənim ilk fərdi sərgimdir”.

 

Sərginin açılışında çıxış edən mədəniyyət naziri Anar Kərimov rəssamı 65 illik yubileyi və sərgi münasibətilə təbrik etdi. Diqqətə çatdırdı ki, Cəlil Hüseynov müasir Azərbaycan incəsənətinin inkişafı və zənginləşməsində xüsusi xidmətləri olan rəssamlardandır. Onun yaradıcılığı həm ölkəmizdə, həm də xaricdə tanınır və sevilir. Rəssamın əsərləri respublikamızda fəaliyyət göstərən bir çox muzeylərdə və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Cəlil Hüseynovun əsərləri ABŞ, Fransa, Almaniya, Rusiya, Türkiyə, İran, Gürcüstan, BƏƏ, Ukraynas. ölkələrdə təşkil edilmiş sərgilərdə nümayiş etdirilib. Rəssam həm də istedadlı pedaqoq kimi təsviri sənətimizin inkişafına, gələcək nəsillərə ötürülməsinə yorulmadan xidmət edir. Cəlil Hüseynovun yaradıcılığında peyzaj janrında rəsm əsərləri, həmçinin qadın mövzusu üstünlük təşkil edir. Bu gün sərgidə nümayiş olunan əsərlər bunun bariz nümunəsidir.

 

Çıxışının sonunda nazir bir daha yubilyar rəssama təbriklərini çatdırdı, Mədəniyyət Nazirliyinin fəxri fərmanını təqdim etdi.

 

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov dedi ki, sərgini izləyərkən istedadlı, geniş dünyagörüşünə malik bir rəssam görürük: “Onun özünəməxsus, gözəl işləri var, əsərləri böyük istəkdən yaranıb. Bu əsərlərə baxanda Cəlil Hüseynovun dəst-xəttini aydın görmək olur. Müəllim zirvəyə qalxa bilirsə, bunu tələbəsinə də arzulayır. O, pedaqoq kimi də bacarıqlı bir insandır”.

 

Xalq rəssamı Fuad Salayev incə, çox gözəl hisslər bəxş edən sərgi münasibətilə yubilyarı təbrik etdi. O, yüksək professionallıqla işlənən etüdlər, natürmort və digər janrlı əsərləri rəssamın xarakterinin göstəricisi kimi səciyyələndirdi.

 

Yubilyar rəssam qonaqlara və sərginin təşkilatçılarına dərin təşəkkürünü bildirdi.

 

Xəyalpərəst və meditativ tablolar əhatəsində

 

Cəlil Hüseynov bəlkə də sərgini təsadüfən “ kölgə” adlandırmayıb. kölgə paklıq, günahsızlıq rəmzi sayılır. Deyirlər ki, insan uşaq olanda kölgəsi olur, böyüdükcə kölgəsinin rəngi dəyişir, tündləşir. Rəssam da bu rənglər dünyasında “ kölgə”nin yaddaşını tamaşaçılara ötürür. O, mücərrəd fəlsəfi mövzularla assosiasiya oluna biləcək hər şeyi əsərlərindən çıxararaq diqqəti koloristik məsələlərə yönəldir. Tabloların hər birində rəssamın bədii mesajını oxumaq olur. Əsərlərinin mürəkkəb, nəzəri cəlb etməyən və çoxsaylı çalarlarla zəngin olan koloristik qamması diqqətəlayiqdir. Onun əsərlərində tutqun rəng palitrası üstünlük təşkil edir. Bu rənglərin düşünülmüş şəkildə yerləşdirilməsi əsərlərə lirik, səmimi xarakter verir. “Mənzərə”, “Abşeron motivləri”, qadın obrazları, natürmortlar bunların hər birində xəyalpərəst və meditativ koloritli həlli görə bilirik. Bu da əsərlərin mövzusundan asılı olmayaraq, sakit, dinc və ürəkaçan atmosfer bəxş edir.

 

Qeyd edək ki, Xalq rəssamı Cəlil Hüseynov eyni zamanda Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə və Gürcüstanda bir sıra monumental divar rəsmlərinin müəllifidir. Onun əsərləri AMEA, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetis. binaları bəzəyir. Rəssam 1986-cı ildən memarlıq layihələrinin müəllifi kimi də fəaliyyət göstərir. Bakı Ali Neft Məktəbi, Türkiyənin Qars, İzmir şəhərlərində Heydər Əliyev adına liseylər və bir çox tikililərdə onun yaradıcılıq təxəyyülünün izləri var.

 

Kitab qrafikası üzrə də tanınan rəssam hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəngkarlıq kafedrasının professorudur. O, həmçinin “Akademik rəsm” və “Təsviri sənət və müstəvi” dərsliklərinin müəllifidir.

 

Lalə Azər

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.1;3.