“Qarabağın üç şaireyi-möhtərəməsi” kitabı nəşr olunub

 

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Şuşa İli”nə töhfə olaraq “Qarabağın üç şaireyi-möhtərəməsi” kitabını ərsəyə gətirib. Kitabın müəllifi tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Vilayət Quliyev, redaktoru İradə Musalıdır.

Kitabda XIX əsr Şuşa ədəbi mühiti, bu mühitdə doğulub-böyümüş, yaradıcılıqları ilə klassik Azərbaycan poeziyasında dərin izlər qoymuş Xan qızı Natəvan və Fatma xanım Kəminə, eləcə də ömrünün bir hissəsi Şuşa ilə bağlı olan Aşıq Pərinin həyat hekayəsi əks olunub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, nəfis tərtibatlı nəşrdə qədim Şuşanın məhəllə və küçələrini, tarixi, mədəni abidələrini, şeirmuğam məclislərini təsvir edən rəsm və illüstrasiyalar da verilib.

 

Mədəniyyət.- 2022.- 15 aprel.- S.6.