Lənkəran teatrında yeni
tamaşanın məşqləri
Lənkəran Dövlət Dram Teatrında növbəti səhnə əsərinin məşqləri başlanıb. Sənət ocağı yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesinə müraciət edib.
İkihissəli tarixi-psixoloji dram əsasında hazırlanan eyniadlı tamaşanın mövsümün sonunadək təqdim edilməsi nəzərdə tutulub.
Səfəvi hökmdarı Şah Abbasın həyatının müxtəlif məqamlarını əks etdirən tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıxov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Səhnə əsərində Xalq
artisti Qabil Quliyev, Əməkdar artist
Sücəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov,
Əbülfəz Axundov, Miraslan
Ağayev, Allahverən Babayev,
Səyad Əliyev, Emil Rzayev
və Rauf Zeynalov rol alırlar.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.4.