Qobustan qayaüstü
rəsmləri və xalça
naxışları
Tarix İnstitutunda
elmi seminar
Aprelin 13-də Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda elmi seminar keçirilib.
Bu barədə Tarix
İnstitutundan məlumat
verilib. Bildirilib ki, seminarda
AMEA-nın Coğrafiya
İnstitutunun dissertantı
Şakir Həmzəyev
“Qobustan qayaüstü
petroqlifləri və Azərbaycan xalça işarələrinin açılmamış
sirləri” mövzusunda
məruzə edib.
O bildirib ki, tariximizin daş kitabəsi – Qobustan bəşər cəmiyyətinin
ilkin dövründə
yaşayan insanların
həyat tərzini, məişətini, məşğuliyyətini,
mədəniyyətini, incəsənətini
əks etdirir. Xalçalar və xalça işarələri dünyanın
17 ölkəsində olan
qayaüstü rəsm
və işarələrin
sivil davamı kimi antik dünyamıza
sanki mənəvi yollar açıb.
Daha sonra Xəzər Universitetinin dissertantı Xaqani İsmayılın “Şumer
tarixinə aktual baxış” mövzusunda məruzəsi dinlənilib.
Məruzələr ətrafında müzakirələr
aparılıb və məruzəçilər mövzu
ilə bağlı sualları cavablandırıblar.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.6.