“Mədəniyyət kəndlərdə”
layihəsi davam edir
Masallı RMİ-nin təşəbbüsü və dəstəyi ilə ötən ildən həyata keçirilən “Mədəniyyət kəndlərdə” layihəsi bu il də davam edir. Layihənin bu il ilk tədbiri Viləş kəndində reallaşıb.
Tədbirdə çıxış edən Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncov layihə çərçivəsində qarşıya qoyulmuş hədəflər barədə danışıb. Bildirilib ki, yerlərdəki müəssisələrin fəaliyyətinin yeni nəzəri-konseptual yanaşmalara və çağırışlara uyğun qurulması, həmçinin gənc istedadların aşkarlanaraq müəssisələrin işinə cəlb edilməsi prioritet vəzifələrdəndir.
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova çıxışında layihənin gənclərin yaradıcılıq sahələrinə marağının artmasına vəsilə olacağını qeyd edib.
Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərli isə tədbirin yaşadığı kənddə təşkil olunmasını böyük sevinc hissi ilə qarşıladığını deyib.
Çıxışlardan sonra qonaqlar və yerli sakinlər N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin tabeliyindəki Viləş kənd klubunun təşkil etdiyi istedadlı gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Mədəniyyət Mərkəzinin sənətçiləri geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda mədəni-kütləvi
tədbirlərdə fəal iştirak edən
məktəblilərə regional idarənin
təşəkkürnamələri təqdim olunub.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.4.