Dünya İncəsənət Günü münasibətilə
15 aprel Dünya İncəsənət Günüdür. Əlamətdar gün 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.
Aprelin 13-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Dünya İncəsənət Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, “Kaspi” liseyinin şagirdləri, kitabxana əməkdaşları, oxucular və valideynlər iştirak ediblər.
Musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. Uşaqların tar və fortepianonun müşayiətində ifa etdikləri Həsən Rzayevin “Çahargah” rapsodiyası, Tofiq Quliyevin “Kəndimiz”, Sergey Prokofiyevin “Marş” və s. musiqi nömrələri maraqla qarşılanıb.
Tədbirdə iştirak edən
uşaqlara kitabxananın təsis etdiyi “Göyqurşağı” jurnalı hədiyyə
edilib.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.2.