Dini icmaların nümayəndələri
Xocavənd rayonunda məbədlərə
baş çəkiblər
Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının nümayəndələri Xocavənd rayonun işğaldan azad olunmuş ərazilərinə səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, qurumun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə reallaşıb.
“Həyat Sözü”, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Alov”, “Vineyard”, “Həyatverici lütf”, “Şərqdə Ulduz”, “Yeni Həyat”, Alban-udi xristian, Xilaskar Yevangelik-Lüteranların Bakı dini icması, Bakı şəhəri “Yeddinci Günün Adventistləri”, “Yevangelist Xristian Baptistlərin kilsəsi”, Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmaları, eyni zamanda “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, eləcə də müsəlman icmalarının üzvləri Xocavənd rayonunda bir sıra dini məbədləri ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyub, dini ayinlər icra ediblər.
Mədəniyyət.- 2022.- 15
aprel.- S.3.