Özbəkistanın Termiz Universitetində
Natəvan adına
Azərbaycan ocağı
Xəbər verdiyimiz kimi, Daşkənddəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) təşəbbüsü
ilə 6-9 aprel tarixində Özbəkistanda
Azərbaycan mədəniyyəti
günləri keçirilib.
Mədəniyyət günlərinin tədbirləri
paytaxt Daşkənddən
sonra Sırxandarya vilayətinin inzibati mərkəzi olan Termiz şəhərində
davam edib.
Termiz Dövlət Universitetində
Xurşidbanu Natəvan
adına Azərbaycan ocağının
açılışı olub. Burada görkəmli
şairənin portreti,
həyat və yaradıcılığı haqqında
məlumat lövhəsi,
Şuşa və Qarabağa aid banerlər, rəsm və fotolar yerləşdirilib. Azərbaycan
ocağında Qarabağın
milli qadın və kişi geyimləri, AMM-in özbək
dilində çap etdirdiyi nəşrlər,
Azərbaycan Mədəniyyət
Nazirliyinin hədiyyə
etdiyi kitab kolleksiyası, şair və yazıçılarımızın
portretləri, milli suvenirlər də yer alıb.
Sonra Termiz şəhər İncəsənət
Sarayında mərasim
keçirilib. Vilayət hakimiyyətinin nümayəndəsi
Obidjon Şofiyev çıxış edərək
Özbəkistanda müntəzəm
olaraq Azərbaycan mədəniyyət və
ədəbiyyat günlərinin
keçirilməsinin xalqlarımızı
bir-birinə daha yaxından bağladığını
vurğulayıb.
Azərbaycan Milli Məclisi Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva, Mədəniyyət
Nazirliyinin şöbə
müdiri Akif Marifli, AMM-in direktoru Samir Abbasov iki
ölkə arasında
tarixi dostluq və əməkdaşlıqdan
söhbət açıblar.
Sonra Azərbaycan
mədəniyyəti günləri
münasibətilə hazırlanan
proqram təqdim edilib. Termiz Dövlət Universiteti
tələbələri azərbaycanlı
modelyer Afaq İsmayılzadənin hazırladığı
milli libasları “Qarabağ şikəstəsi”
musiqisinin sədaları
altında nümayiş
etdiriblər. Xalq
artisti Gülyanaq Məmmədova, saz ifaçısı İlham
Abdullayev, AMM-in Kövkəb
Əliyeva adına
“Azərbaycan qızları”
rəqs ansamblının
çıxışları alqışlarla qarşılanıb.
Mədəniyyət günləri çərçivəsində
Termiz Dövlət Universitetində Azərbaycan
nümayəndə heyəti
ilə görüş
də keçirilib.
Universitetin rektoru, professor Avazjon Maraximov Azərbaycan nümayəndə
heyətini salamlayıb,
1950-ci ildən fəaliyyət
göstərən tədris
ocağı haqqında
məlumat verib. Rektor Azərbaycanın universitetləri
ilə əməkdaşlığın
vacibliyinə də toxunub.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Qənirə Paşayeva
ölkələrimiz arasında
mədəni-humanitar sahədə
əlaqələrin inkişafından
danışıb, Termiz Dövlət Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılması
məsələsinə toxunub.
Komitə sədri 44 günlük Vətən müharibəsi
haqqında məlumat verib, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad
edildiyini bildirib. Diqqətə
çatdırıb ki,
qədim Şuşa
şəhəri ölkə
başçısı tərəfindən
Azərbaycanın mədəniyyət
paytaxtı elan edilib. 2023-cü ildə isə Şuşa
TÜRKSOY-un müvafiq qərarı
ilə “Türk Dünyasının Mədəniyyət
Paytaxtı” olacaq.
Daşkənddəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin (AMM) direktoru
Samir Abbasov iki ölkə arasında mədəni əlaqələr, azərbaycanlı
müəlliflərin əsərlərinin
özbək dilində
nəşri və aparıcı kitabxanalara hədiyyə edilməsi barədə danışıb.
Direktor 2022-ci ilin “Şuşa İli” elan olunması münasibətilə AMM-in layihəsi
əsasında Termiz Dövlət Universitetində
Xurşidbanu Natəvan
adına Azərbaycan ocağının
yaradıldığını vurğulayıb.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli ölkə kitabxanaları arasında onlayn platformanın yaradılacağını bildirib və platformaya Özbəkistan kitabxanalarının, o cümlədən Termiz Dövlət Universitetinin də qoşulmasını təklif edib. Şöbə müdiri universiteti cari ilin oktyabrında keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyə də dəvət edib.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə şəhəri haqqında məlumat verib, şəhərdə “Nəvai günü”, Termizdə isə “Nizami günü” keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Sonra universitetin böyük salonunda tələbələrlə görüş keçirilib, Azərbaycan nümayəndə heyəti adından universitetə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində azərbaycanlı sənətçilər – Xalq artisti, müğənni Gülyanaq Məmmədova və aşıq İlham Abdullayev, AMM-in nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri çıxış ediblər.
Xatırladaq ki, Özbəkistanın Daşkənd və Termiz şəhərlərində Azərbaycan mədəniyyəti günləri Heydər Əliyev adına AMM-in təşəbbüsü, iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə keçirilib.
Mədəniyyət.- 2022.- 15 aprel.- S.1;8.