“Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub

 

Fikrət Əmirov-100

 

Xalq musiqisi mədəni-mənəvi irsimizin ən vacib amillərindən biridir. O, xalqımızın ruhuna hopmuşonun mənəvi dünyasında əbədi yer almışdır. Xalq musiqimizin tarixi elə xalqımızın tarixi qədər qədimdir. Öz düşüncələrini, hisslərini, arzu-istəklərini ürəyindən süzülüb gələn melodiyalarla ifadə edən insanlar xalq musiqimizin əsasını qoymuşlar. Dahi Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri öz yaradıcılıqlarını məhz xalq musiqisi üzərində qurmuşçox dəyərli sənət əsərləri yaratmışlar.

 

Bu il 100 illiyi qeyd edilən Azərbaycan musiqi sənəti tarixinə parlaq səhifələr yazmış görkəmli bəstəkar, pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti Fikrət Əmirovun (1922-1984) yaradıcılığı musiqişünaslıqda həmişə maraq doğuran sahələrdən olmuşdur. Onun musiqisinin böyük şöhrət tapmasının əsas səbəblərindən biri dərin milli zəminə bağlılığıdır. Milli musiqi mədəniyyətinin ilk mənbələrinə yaxınlıq və folklor musiqisinin klassik formalara sintezi Fikrət Əmirovu Üzeyir Hacıbəyli ənənələrinin bilavasitə davamçısı kimi səciyyələndirməyə imkan verir. Fikrət Əmirovun hər zaman dediyiBiz hamımız Üzeyir məktəbindən çıxmışıq” sözləri də bunun sübutudur. O, Üzeyir bəyin ənənələrini davam etdirməklə ölkəmizin musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır.

 

Fikrət Əmirovun xalq musiqisinə bağlılığının əsas mənbəyi onun doğulub boya-başa çatdığı mühitdən, ailəsindən başlayır. Azərbaycanın tanınmış musiqi xadimi olan Məşədi Cəmil Əmirovun evində böyüyən istedadlı bir uşağın xalq musiqisinə sevgisionu bütün təfərrüatı ilə mənimsəməsi təbiidir. Atasının və onun ətrafında cəmləşən məşhur xalq musiqiçilərinin Fikrət Əmirovun yaradıcılığında mühüm əhəmiyyəti olmuşdur. Bəstəkar bu mühiti xalq musiqisini mənimsəmək baxımından ən dəyərli məktəb hesab edirdi. Özününetiraf etdiyi kimi, tarmuğam onun ürəyinə uşaqlıqdan daxil olmuşdur. Evlərində tez-tez təşkil olunan musiqi məclisləri Fikrət Əmirovun püxtələşməsində böyük rol oynamışdır. Bu məclislərdəki ifalar onun musiqi zövqünün formalaşmasında böyük təsir göstərmiş, sonralar xalq musiqisinin gözəl bilicisinə çevrilməsi və yaradıcılığı üçün əsaslı zəmin olmuşdur. Xalq musiqisinin onun əsas ilham mənbəyi olduğunu bəstəkar lakonik şəkildə belə ifadə etmişdi: “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”.

 

Fikrət Əmirov xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dəqiqliklə dərk edirdi ki, onlar bəstəkarın öz üslubunun, musiqi dilinin elementlərinə çevrilirdi. Yəni xalq musiqisi bəstəkarın yaradıcılığında inkişaf etdirilərək dünya klassik musiqi ənənələri və müasir bəstəkarlıq texnikası ilə üzvi şəkildə birləşdirilir. Bəstəkar milli musiqi zəminində müasir əsərlər yaratmaq üçün iki mühüm amilin vacibliyini vurğulayırdı: xalq musiqisini dərindən bilmək və sevmək, müasir musiqi səviyyəsində dayanmaq. Bu iki cəhətin vəhdəti musiqinin inkişafı üçün, milli musiqinin ümumbəşəri mahiyyət əldə etməsi üçün yeganə yoldur. Xalq musiqisini “tükənməz ilham mənbəyi, sənətkara qüvvət verən dirilik çeşməsi” adlandıran Fikrət Əmirov hesab edirdi ki, əsl sənət əsəri doğma xalqının yaradıcılıq çeşməsindən qidalanmalı, bəhrələnməli və bununla da sənətkar və sənət doğma xalq qarşısında insani və vətəndaşlıq borcunu yerinə yetirməlidir. 

 

Həmçinin, onun fikrincə, cəmiyyəti düşündürən mühüm məsələlərə vaxtında cavab vermək, bu günün qəhrəmanlarının səmimi hisslərini, təmiz duyğularını, böyük ideallarını musiqinin ecazkar dili ilə tərənnüm etmək bəstəkarın ümdə vəzifəsi olmalıdır.

 

Muğamlaraxalq musiqisinə yaradıcılıqla yanaşmağı, bununla belə, dünya klassik musiqisinin mütərəqqi prinsiplərinə əsaslanmağı, milli musiqimizin incəliklərini o, xalqımızın qüdrətli sənət korifeyindən – Üzeyir bəydən öyrənmişdi. O deyirdi ki, Üzeyir bəyin dahiliyi xalqımıza xas olan qəhrəmanlıq, vətənpərvərlik, insansevərlik kimi mühüm keyfiyyətləri xalqın öz ruhuna uyğun, xalqın özünə doğma olan bir musiqi dili ilə ifadə edə bilməsindədir.

 

Beləliklə, artıq sənətdə ilk addımlarından Fikrət Əmirov dərk etmişdi ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafının mühüm şərtlərindən biri yaradıcılıqda xalq musiqisinə dayaqlanmaqdan ibarətdir. Sonralar öz məqalələrində dönə-dönə bu məsələyə qayıtmışdır. O, Ü.Hacıbəylinin yolunu davam etdirərək xalq musiqisindən yaradıcılıqla bəhrələnməyi təbliğ edirdi. ÖzüÜzeyir bəyin tövsiyə etdiyi kimi, xalq üçün, həm professionala, həm də ən geniş dinləyici kütləsinə eyni dərəcədə anlaşıqlı olan bir musiqi dilində əsərlər yazmaq yolunu tutmuşdu. Buna görə də onun əsərləri xalqımıza bu qədər yaxın və doğmadır. Onun əsərlərində hətta bizə tanış olan xalq melodiyalarını eşitsək də, onları məhz bəstəkarın görümündə qavrayırıq. Xalq musiqisini özünün yaradıcılıq süzgəcindən keçirən bəstəkar onların üzərində zərgər kimi işləyərək aşılayır. Heç bir halda xalq musiqisini təqlid etməyərək sanki onları yenidən yaradır, yeni ruh verir. Sözsüz ki, bu, əsl novatorluqdur.

 

Qara Qarayevin Fikrət Əmirovun xalq musiqisindən istifadə üsulları haqqında dəyərli bir fikrini diqqətə çatdırmaq istərdik: “Fikrət Əmirov xalq mahnı və rəqslərinə çox qayğı ilə yanaşır, o, demək olar ki, melodiyanı dəyişməz şəkildə saxlayır, lakin onu incə harmoniyalarla, rəngarəng orkestr boyaları ilə toxunmuş gözəl çərçivəyə salır, yəni folklor üçün genetik cəhətdən səciyyəvi olmayan elementlərdən istifadə edir”.

 

Bu fikrin davamı olaraq, qeyd etmək istərdik ki, Fikrət Əmirov həmişə milli ənənələrə sadiq bir bəstəkar olmuşdurbu, onun musiqi üslubunun bütün cəhətlərində – lad, melodiya, polifoniya, harmoniya, ritm, tembr, quruluş və orkestrləşmədə özünü büruzə verir. Yeri gəlmişkən, bəstəkarın yaradıcılığında “melodiyanın dəyişməzliyi” faktını görkəmli rus bəstəkarı D.Şostakoviçetiraf etmiş, “Fikrət Əmirov musiqisinin canı melodiyadadır” demişdir.

 

Fikrət Əmirov klassik musiqi ənənələrinə də bu prizmadan yanaşırdı. Bəstəkar bu haqda yazırdı: “Zahirən elə görünür ki, milli ənənələr professional musiqi mədəniyyəti ilə ziddiyyət təşkil edir. Lakin bu ziddiyyətdə qeyri-adi harmoniya və ahəngdarlıq mövcuddur. Yalnız bu iki mədəniyyəti yaxşı bilmək və onları qovuşdurmağı bacarmaq lazımdır”. Sənətkar əsərlərində bu vəhdəti böyük ustalıqla yaratdığına görə seçilirsevilir.

 

Fikrət Əmirovun ən böyük xidməti həm də ondan ibarətdir ki, o, ənənəvi professional bəstəkarlıq prinsiplərini şifahi ənənəli musiqiyə tətbiq edərək milli musiqinin imkanlarını genişləndirməyə nail olmuşdur. Buna görə də Fikrət Əmirovun musiqisi xüsusilə Şərq və Qərb musiqi mədəniyyətlərinin qovuşması, yaxınlığı kontekstində böyük əhəmiyyət kəsb edir. Bəstəkarın xalq musiqisi ilə necə təmasda olması onun bütün əsərlərində özünü göstərir. Yaratdığı musiqi nümunələri nə qədər müasir texniki üslublarda olsa da, milli kökdən uzaq deyil.

 

***

 

Onu da qeyd edək ki, konservatoriyada oxuduğu illərdə Fikrət Əmirov Bülbülün rəhbəri olduğuElmi tədqiqat musiqi kabineti” ilə yaxından əməkdaşlıq edərək xalq mahnılarının toplanmasında, nota yazılmasında da fəal iştirak etmişdir. O, yüzdən artıq xalq mahnısını nota yazmış və onlardan bir çoxu Bülbülün redaktəsi ilə nəşr olunmuş “Azərbaycan xalq mahnıları” məcmuəsində yer almışdır. Bu işi Fikrət Əmirov sonralar da davam etdirmiş, görkəmli xanəndələrin ifasından muğamları nota salmış, bu da onun yaradıcılığı üçün əsl xammal olmuşdur. Bəstəkar yaradıcılıq nailiyyətlərində Bülbülünböyük rolu olduğunu bildirmiş, dahi müğənnini Azərbaycan musiqisi haqqında dərin, mənalı bir kitaba bənzətmiş, onu “əsərlərinin ən yaxşı dostu, məsləhətçisi və köməkçisi” adlandırmışdı.

 

Fikrət Əmirov musiqi folklorunun toplanılmasını ümumxalq işi hesab edərək yazırdı: “Musiqi folklorumuzu toplamaq, nəşr etdirmək, onlardakı sadəliyin, güclü emosiyanın sirlərini öyrənmək böyüklü-kiçikli hamımızın əsas vəzifəmiz olmalıdır”. Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, bəstəkarın atası Məşədi Cəmil Əmirov da bu işdə müəyyən xidmətlər göstərmişdir. Belə ki, 1915-ci ildə İstanbulda nəşr olunan jurnalda o, “Heyratı” zərbi-muğamının not yazısını vermişbuna bənzər daha bir neçə yazıları olmuşdur.

 

Fikrət Əmirov 1950-ci illərdə görkəmli xanəndə Rəşid Behbudovla birlikdə xalq mahnılarını işləyərək bir toplu hazırlamışdır. Topludakı xalq mahnıları ilə bu sıx əlaqənin bəstəkarın yaradıcılığına necə böyük təsir etdiyini görmək olur. Bu haqda bəstəkar yazır: “İş prosesində mən xalq mahnılarının tükənməz imkanlarını dərindən hiss etdim. Bildim ki, eyni mahnı bəstəkarın niyyətindən asılı olaraq ən gözlənilməz rakurslarda açıla bilər, ən müxtəlif kontekstlərə tabe ola bilər. Bunu da bildim ki, mahnını sən seçmirsən, mahnı səni seçir. Əgər sən mahnını işləməyə hazır deyilsənsə, onun qanunlarından bixəbərsənsə, onun misilsiz gözəlliyinə biganəsənsə – ən yaxşısı, bu işə girişməməkdir. Çünki mahnını işləmək haqqını qazanmaq lazımdır. Əks təqdirdə eybəcər şəklə düşəcək xalq mahnısı səndən intiqam alar...”. Sənətkarın bu fikirləri həm də özündən sonra gələn bəstəkarlar nəslinə bir tövsiyədir, xalq mahnılarını necə sevmək və necə qorumaq baxımından örnəkdir.

 

Mahnıların böyük əksəriyyətində Fikrət Əmirov xalq musiqisi janrlarına səciyyəvi olan parlaq obrazları, milli keyfiyyətləri daha aydın şəkildə əks etdirməyə çalışıb. Məsələn, “Toy”, “Laylay” mahnılarında olduğu kimi. Bununla yanaşı, Bəstəkar mahnıların obrazlarını yeni ifadə vasitələri ilə müasirləşdirir. Bu, xalq musiqisindən gələn intonasiyaların xüsusi rəngarəngliyi, sadəliyi və eyni zamanda melodik üslubun bütövlükdə parlaq fərdiliyi ilə əlaqədardır. Müəllifin mahnılarında melodiyaların əksəriyyəti həm də rəqs əhvallıdır. İncə, şux, çox vaxt yumoristik obrazlar dəqiq ritmlidir, kiçik fraza və motivlərə çox asanlıqla bölünür. Bəstəkarın musiqisinin bir çox mahnıvarı epizodlarında Azərbaycan havalarının  intonasiya inkişafının mühüm keyfiyyətləri əksini tapmışdır. Məhz buradan da xalq mahnı melodiyaları ilə melodik şəklin və pərdələrin lad funksiyalarının ilk ayrılmaz vəhdəti meydana gəlir.

 

Sənətkarın yaradıcılığında xalq mahnılarının işləmələri xüsusi bir mərhələdir. Xalq musiqisinin qanunauyğunluqlarına yaxından bələd olan bəstəkar onları incə bir şəkildə səs və müşayiət üçün işləmişdi. Buna misal olaraq “Evləri var xana-xana”, “Küçələrə su səpmişəm” xalq mahnılarını göstərə bilərik. Əlbəttə, məsələ ancaq xalq mahnılarını işləməkdə deyil. Azərbaycan bəstəkarları xalq ladlarına, ritmlərinə əsaslanan, xalq mahnılarının ətrini canına toplayan operalarsimfoniyalar, xor əsərləri və kamera mahnıları da yazmışlar. Onlar xalq sənətkarlarının təcrübəsindən istifadə edərək ruhən, üslubca xalq mahnılarına yaxın olan vokal əsərləri bəstələmişlər. Belə əsərlərdən bəzisi öz müəllifini itirərək xalq mahnısı kimi yaddaşlarda yaşamaqdadır. Fikrət Əmirovun da bir çox mahnıları məhz bu qəbildəndir. Fortepiano və səs üçün işlənən buya digər xalq mahnıları öz orijinallığını saxlayaraq bəstəkarın musiqi təfəkkürü ilə üzvi şəkildə qovuşub əsl professional sənət nümunəsinə çevrilmişdir. Bu da bəstəkarın xalq mahnılarını işləyərkən onların üstündə çox məsuliyyətlə çalışmasından xəbər verir.

 

Beləliklə, Fikrət Əmirov təxəyyülü, düşüncəsi xalq musiqisindən ayrılmazdır. Sənətkarın böyük istedadının əsas qüvvəsi məhz onun xalq musiqisinə dərindən bağlılığı ilə izah olunur. O, zəngin irsində həm xalq musiqisindən çox müfəssəl bəhrələnmiş, həm də onun təbliğində müstəsna rol oynamışdır. Bəstəkarın ölməz musiqisi, yaratdığı şah əsərlər Azərbaycan xalqının mədəni sərvəti olaraq həmişə yaşayacaqöz müəllifini də əbədi yaşadacaq.

 

Jalə Qulamova

AMK-nın kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət.- 2022.- 15 aprel.- S.7.