“Keşikçidağ”
qoruğu elmi seminar təşkil edib
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət
Qoruğu tərəfindən
Ağstafa rayon Heydər
Əliyev Mərkəzində
alimlərin və digər qonaqların iştirakı ilə elmi seminar keçirilib.
Qoruğun direktoru Musa Mursaquliyev Beynəlxalq Abidələr
və Tarixi Yerlər Gününün
əhəmiyyətindən bəhs edib.
Qoruq ərazisində
uzun müddət elmi tədqiqat işləri aparmış
Bakı Dövlət Universitetinin (BDU) dosenti, sənətşünaslıq üzrə
elmlər doktoru İmaş Hacıyev divar boyakarlığının
nümunəsi olan freskaların tədqiqi və qorunmasından danışıb.
BDU-nun professorları Hüseyn
Xəlilov və Valeh Nəsibov da Ağstafa ərazisindəki memarlıq,
dini, tarixi abidələrdən söz
açıblar.
Əməkdar müəllim İndira Səmədova, Ağstafa Dövlət Rəsm Qalereyasının direktoru
Gülgün Kərimov
və başqaları
çıxış edərək
abidələr haqqında
məlumatların gənc
nəslə çatdırılması,
qorunması sahəsində
görülən işlərdən
danışıblar.
Mədəniyyət.- 2022.- 20
aprel.- S.4.