Tarixi abidələr keçmişdən gələcəyə körpüdür

 

 

18 aprel dünyada Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə 1983-cü ildə UNESCO tərəfindən təsis edilib. Bu münasibətlə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Tovuzda yerləşən Göytəpə qədim yaşayış məskəninə ekskursiya təşkil edilib. İdarənin rəisi Nurəddin Mehdiyev çıxışında Göytəpə yaşayış yerinin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, abidənin dəqiq tarixinin müəyyən olunması üçün üst qatdan götürülən kömür qalıqları üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində analiz aparılıb. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilib. Bu onu deməyə əsas verir ki, ərazinin 8 min illik şəhər mədəniyyəti tarixi var.

Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən “Tarixi abidələr keçmişdən gələcəyə körpüdür” adlı tədbirdə çıxış edənlər əlamətdar günün tarixi və məqsədi haqqında məlumat veriblər.

Qazax Dövlət Rəsm Qalereyasında “Abidələrimiz” başlığı altında rəsm sərgisi təşkil edilib. Sərgidə dərnəyin fəal üzvlərinin respublikamızın müxtəlif bölgələrindəki abidələri əks etdirən rəsmləri nümayiş olunub.

 

***

 

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları tərəfindən Sabirabad rayon Qalaqayın kəndinin ərazisində yerləşən 1657-ci ildə tikilmiş tarixi abidə olan Qalaqayın kənd məscidi ziyarət edilib.

Mədəniyyət könüllülərinin iştirakı ilə Sabirabad şəhərində yerləşən XIX əsr abidəsi olan hamam binası ziyarət olunub. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Sabirabad rayonu üzrə əməkdaşı İntiqam Ağamalıyev tikilinin tarixi və özünəməxsus xüsusiyyətləri haqqında ətraflı məlumat verib.

 

***

 

Lənkəran RMİ Lerik rayon Heydər Əliyev Mərkəzi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şuşa abidələri” adlı tarix dərsi keçirilib. Dərsdə mədəniyyət paytaxtımız olan Şuşaonun abidələri barədə ətraflı məlumat verilib.

 

***

 

İsmayıllı RMİ və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir keçirilib. İsmayıllı rayon Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə idarənin rəisi Elçin Nəcəfov, Dövlət Xidməti Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli və idarənin əməkdaşı Samir Zülfiyev çıxış ediblər.

 

***

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları və fəal oxucular tərəfindən Quba şəhərində yerləşən XIX əsrin memarlıq abidələri olan Cümə və Hacı Cəfər  məscidlərinə və Hündür günbəzli hamama ekskursiya təşkil olunub.

 

***

 

Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində əlamətdar günlə bağlı keçirilən tədbirdə muzeyin direktoru Aygün Zülfüqarlı çıxış edib.

 

***

 

Şəmkir RMİ Şəmkir rayon MKS-nin əməkdaşları rayonda yerləşən Alman Lüteran kilsəsi və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.

 

***

 

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları Masallı Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.

 

RMİ-nin əhatə etdiyi Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə muzeyin əməkdaşı Anar Baloğlanlının “Abidələr tarixin yaddaşında” adlı məruzəsi dinlənilib. Muzeyin elmi işçisi Əlisəfa Əhmədov da öz çıxışında abidələrin qorunub saxlanılması qaydaları haqqında danışıb. Yardımlı rayon Mərkəzi Kitabxanasında “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” adlı sərgi təşkil edilib.

 

***

 

Biləsuvar RMİ Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən N.Gəncəvi adına şəhər 1 saylı tam orta məktəbin bir qrup şagirdinə rayonda yerləşən Çöl Ağdam şəhərciyinə və memarlıq abidəsi olan Şəhriyar qalasına ekskursiya təşkil edilib.

 

***

 

Ağdaş RMİ Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə rayonun Hüseynxanlı kənd ümumi orta məktəbində “Tariximizi tanıyaq və tanıdaq” adlı maarifləndirici tədbir təşkil olunub. Muzeyin direktoru Şahnaz Mustafayeva bu gün hər bir Azərbaycan vətəndaşının vəzifələrindən birinintarixi abidələri qorumaq və gənc nəsillərə təbliğ etmək olduğunu bildirib.

 

***

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Təmiz heykəl” adlı layihə həyata keçirilib. Gəncə RMİ-nin tabeliyindəki Mir Cəlal Paşayevin Ev-Muzeyinin kollektivibu layihəyə qoşulub. Gəncənin Nizami prospektində yerləşən bağda dahi şairin heykəli təmizlənib, ətrafı abadlaşdırılıb. Heykəlin qarşısına çiçəklər əkilib.

 

Gəncə şəhər MKS-nin 4 saylı kitabxana filialı “Gəncənin tarixi abidələri” başlıqlı sərgi təşkil edib.

 

***

 

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd klubunda keçirilən tədbirdə klubun müdiri İlhamiz Əliyev və digər qonaqlar çıxış ediblər.

 

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.4.