Dərbənddə bir Azərbaycan teatrı var...

 

Sərvər Əliyev: “Bu gün teatrın mühüm problemi azərbaycandilli gənc aktyor nəsli məsələsidir

 

 

 

Milli teatrımızın tarixində Dərbənd teatrının da özünəməxsus yeri var. Dərbənd Azərbaycan Dövlət Dram Teatrının bu günüuğurlarından qayğılarına hər bir cari məsələsi, təbii ki, bizim üçün maraqlıdır.

Bütün dünyada hökm sürən pandemiyanın doğurduğu uzun fasilədən sonra bu sənət ocağının da premyera sorağı gəldi. Aprelin 13-də Dərbənd Azərbaycan Dövlət Dram Teatrında yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylininİmperatorpyesinin ilk tamaşası oldu.

Teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyev yeni tamaşa ümumən sənət ocağındakı yeniliklərlə bağlı fikirlərini qəzetimizlə bölüşdü: “Elçin Hüseynbəylinin əsərinə gənc rejissor Hörmət Aslanov quruluş verib. Hazırda o, Mahaçqalada, Dağıstan Dövlət Universitetinin Mədəniyyət fakültəsində rejissorluq üzrə təhsil alır. Bu, rejissor kimi ilk işi idi maraqlı tamaşa ərsəyə gətirib.

 

Əslində, tamaşanı ötən il, müəllifin 60 illiyi üçün hazırlamalı idik. Amma işlərin çoxluğundan bu vaxta qaldı. İşlərin çoxluğu, plan ondan kənar tamaşalar, qastrollar, festivallarda iştirak sayəsində əminliklə demək olar ki, Dərbənd teatrı özünün yeni inkişaf dövrünü yaşayır. Biz indiyədək dəfələrlə Türkiyədə, Gürcüstanda, Rusiya Federasiyasının müxtəlif şəhərlərində festivallarda uğurla təmsil olunaraq mükafatlar qazanmışıq. Yaradıcılıq əlaqələrimizi daha da genişləndirmək əzmindəyik. Repertuarın janrmövzu müxtəlifliyini daim diqqətdə saxlayırıq. Ötən il Nizami Gəncəvinin 880 illiyi münasibətilə İftixar Piriyevin “Xəmsə, yaxud könüllər sultanı” əsərini tamaşaya qoyduq. Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərinin tamaşası ilə Rusiya və Türkiyənin müxtəlif şəhərlərində festivalqastrollarda olduq. İftixarın “Eşqin tikan dairəsi” əsəri əsasında İrəvan Azərbaycan Dövlət Dram Teatrında da bir neçə aktyorun iştirakı ilə maraqlı tamaşa hazırlandı. Bu tamaşa ilə Türkiyədə - Balıkəsirdə festivalda olduqbirinci dərəcəli diplomla təltif olunduq. Oradan Özbəkistan və Türkiyədə keçiriləcək iki festivala dəvət də aldıq...”.

 

Baş rejissor yaradıcı mübadilə məsələlərinə də toxundu: “Rusiyanın müxtəlif şəhərlərindən, eləcə də Azərbaycan və başqa qonşu ölkələrdən dəvətli rejissorlarla işə də böyük maraq göstəririk. Hazırda türkiyəli rejissor bizim səhnədə Molyerin “Xəsis”inə quruluş verir. Murad Kajlayevin “Validə”sini isə Bakıdan dəvət etdiyimiz Əməkdar incəsənət xadimi, Akademik OperaBalet Teatrının baş rejissoru Hafiz Quliyev səhnə yozumu verəcək. Yeni mövsümdə Firuz Mustafanın “Ağıllı adampyesini hazırlayacağam.

 

Hələ 2019-cu ildə Dağıstan Mədəniyyət Nazirliyi bizdən üçillik repertuar planı istəyərkən biz mövzu, yəni əsər və onların quruluşçularını diqqətlə seçib təqdim etmişdik. Maraqlı planlarımız da var idi. Təəssüf ki, onların bəzilərini pandemiya ilə bağlı sərhədlərin bağlı olması səbəbindən reallaşdıra bilmədik.  Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə qəhrəmanlığı dillər əzbəri olan həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə haqqında yazdığım pyesə Kabardiniyada həmkarımız, istedadlı rejissor Məhəmməd Atımrzayev quruluş  verdi... ”.

 

Dərbənd teatrı ilə əməkdaşlığa hələ 2017-ci ildən başlayanbu günədək səkkiz tamaşaya quruluş verən rejissor bir sıra problemli məsələlərə də diqqət çəkdi: “Bildiyiniz kimi, mən həm də İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoruyam. Dağıstan Mədəniyyət Nazirliyinin Azərbaycan Mədəniyyət Nazirliyinə müraciətindən sonra bu sənət ocağının da yaradıcılıq məsələləri mənə həvalə olunub. Bu teatr mənim üçün çox əzizdir. Dərbənd teatrının gələcəyi ilə bağlı müəyyən narahatlığım da var. Birincisi, azərbaycandilli gənc aktyor nəsli məsələsidir.

 

Heç kimə sirr deyil ki, Dərbənd, eləcə də Tiflis teatrında da gənc aktyor potensialı ilə bağlı ciddi problemlər var. Düzdür, bizim kollektivdə də ömrünü bu teatra həsr etmiş istedadlı aktyorlar, rejissor, rəssam var. Amma ümumi dərdimiz eynidir – gənclər. Son illər Dərbənd  teatrına Azərbaycandan gənc aktyor, rejissor getməyib. Nəticə olaraq ana dilində səlis danışan kadrlarımızın da sayı kəskin azalıb. Doğrudur, aktyor truppamız əsas etibarilə Dərbənddəki azərbaycanlılardan təşkil olunub. Amma məsələ burasındadır ki, onlar təhsillərini rus dilində alıblar. Belə olduqda nəinki dil, hətta Azərbaycan ədəbiyyatı, dramaturgiyası ilə bağlı məlumat böhranı da yaşayırıq. İnanın, əksər hallarda biz tamaşa qoyarkən quruluş, mizandan çox dil faktoru, sözlərin düzgün ifadəsi, tələffüzü üzərində baş yoruruq. Doğrudur, aktyor potensialları, təhsil səviyyələri, texnika və bacarıqları ürəkaçandır. Amma dil baxımından çətinlik çəkirlər”.

 

Sərvər ƏIiyev bu məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinə də müraciət etdiklərini deyir. Amma teatrımıza Azərbaycandan gənclərin, xüsusən aktyorların cəlbi üçün səylərimiz hələ nəticə verməyib. Əslində, Dağıstanda tabe olduğumuz nazirlik, teatrımızın rəhbərliyi – direktorumuz, Dağıstanın Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov onlara mümkün bütün şəraiti vəd edir, imtiyazlar yaradır, o cümlədən mənzil təminatı ilə bağlı. Amma görünür, bu, azdır. Düşünürəm ki, hər iki nazirlik stimul verici başqa addımlar da ata bilər...”.

 

Hazırda teatrın binasının tikintisinin davam etdiyini və 2023-cü ildə təhvil veriləcəyini də deyən baş rejissor tamaşaçı marağından da danışdı: “Tikinti ilə əlaqədar olaraq tamaşalarımızı ayda iki dəfə Dərbənddəki Ləzgi Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiririk. Teatrsevərlər, sadiq tamaşaçılarımız bizi böyük maraqla izləyir və sevgi ilə alqışlayırlar. Teatra maraq, tələbat var. Bunu hiss etmək bizi də həvəsləndirir”.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.5.