Daşkənd Beynəlxalq Animasiya Forumunda ölkəmiz də təmsil olunur

 

Aprelin 18-də birinci Daşkənd Beynəlxalq Animasiya Forumu işə başlayıb. Foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıb.

Ölkəmizi festivaldaAnimafilm” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev və tanınmış animasiya filmləri müəllifi Elçin Hami Axundov təmsil edir. Forumda “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqram çərçivəsində “Cırtdan”, “Tıq-tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər təqdim olunub.

R.Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” proqramı bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarına qatılıb.

Aprelin 22-dək davam edəcək forumda mühazirələr, yaradıcılıq görüşləri keçirilir.

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.8.