Vətəndaşların növbəti qəbulu Xaçmazda keçirilib

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə əlaqədar müvafiq addımlar atılır.

2022-ci ilin aprel ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov aprelin 15-də Xaçmaz şəhərində XaçmazŞabran rayonlarının sakinləri ilə görüşüb.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Qəbulda nazir Anar Kərimov XaçmazŞabran rayonları sakinlərinin müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyib. Vətəndaşların müraciətləri əsasən əməyin qiymətləndirilməsi, işlə təmin olunma, yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

 

Nazir müraciətlərdə qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.3.