Mədəniyyət naziri
Britaniya Parlamenti Lordlar Palatasının üzvləri ilə görüşüb
Mədəniyyət naziri Anar Kərimov aprelin 19-da ölkəmizdə səfərdə olan Britaniya Parlamenti Lordlar Palatasının üzvü Lord Malkolm Bryus, Lord Donald Henkey və Oksford Universitetinin müəllimi doktor Culian Fautless ilə görüşüb.
Görüş zamanı ölkəmizlə Britaniya arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, həyata keçirilən beynəlxalq layihələr və Qarabağda bərpa işləri, Azərbaycanın dağıdılmış memarlıq abidələri və müsəlman ziyarətgahlarının bərpası istiqamətində quruculuq işləri barədə söhbət aparılıb.
Abidələrin qorunması və bərpası sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan, 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 minə yaxın fərdi üzvü özündə birləşdirən dünya miqyaslı qeyri-hökumət təşkilatı İCOMOS-un rolu xüsusi vurğulanıb.
Nazir Anar Kərimov Britaniya hökuməti ilə ölkəmiz arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdiyini vurğulayıb.
Britaniya Lordlar Palatasının üzvləri ölkəmizə səfərindən şad olduqlarını və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliklərini bildiriblər.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2022.- 20
aprel.- S.2.