Keşikçidağqoruğunda veloyürüş

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda veloyürüş keçirilib.

Rayonun Soyuqbulaq qəsəbəsindən “Cəngi” sədaları altında başlayan yürüş qoruğun informasiya mərkəzinə qədər davam edib.

Yürüşdən sonra qoruğun bələdçiləri iştirakçılara ərazidəki Ceyrançuxur, Sarıyoxuş kurqanları, QaltanKarvan dərəsi, Hasarlı yaşayış düşərgəsi haqqında məlumat veriblər.

İnformasiya mərkəzində tədbirin rəsmi hissəsində Dövlət Xidmətinin, rayon İcra Hakimiyyətinin əməkdaşları, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Qoruğun direktoru Musa Mursaquliyev qonaqları salamlayıb. Dövlət Xidmətinin şöbə müdiri Ruslan Ənvərli bildirib ki, həm gənclər, həm də yaşlı insanların qatıldığı yürüş 16 kilometr məsafəni əhatə edib: “Məqsəd qoruq ərazisində yerləşən – tarixi Daş dövründən başlayaraq Orta əsrlərə qədər olan memarlıq abidələrinin daha geniş tanıdılmasıdır. İstəyirik ki, hər kəs abidələri sevsin, qayğı göstərsin və onları gələcək nəsillərə çatdıraq...”

Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, 15 ildən çox qoruq ərazisində elmi tədqiqatlar aparmış BDU-nun dosenti, sənətşünaslıq üzrə elmlər doktoru İmaş Hacıyev, BDU-nun dosenti, filologiya üzrə elmlər doktoru Valeh Nəsibov, Əməkdar mədəniyyət işçisi Hüseyn Hüseynov və Vətən müharibəsi qaziləri çıxış edərək Keşikçidağ mağaralar kompleksiyürüş barədə təəssüratlarını bölüşüblər.

 

F.Hüseynli

 

Mədəniyyət.- 2022.- 27 aprel.- S.4.