Ölkəmiz 59-cu Venesiya
Biennalesində təmsil olunur
Dünyanın ən mötəbər sənət sərgisi Venesiya Biennalesi bu il 59-cu dəfə keçirilir. Aprelin 23-də açılan sərgidə Azərbaycan da iştirak edir.
59-cu Venesiya Biennalesi Beynəlxalq İncəsənət Sərgisində ölkəmiz Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Sevmək üçün doğulanlar (Born to love) mövzusunda milli pavilyonla iştirak edir. Venesiya Biennalesi incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu sərgi-aksiyadır. İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən artıq 8-ci dəfə təmsil olunur.
Şəhərin ən izdihamlı məkanlarından birində Müqəddəs Mark meydanındakı qədim Procuratie Vecchie binasında Azərbaycandan 7 rəssam Juk (Nərmin İsrafilova), İnfinity, Ramina Səadətxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir.
Rəssam Ramina Səadətxan Venesiya Biennalesinə ilk dəfə qatılıb və bununla fəxr etdiyini deyir.
Fotoqraf-rəssam Əqdəs Bağırzadə biennaledə The other side of me (Mənim digər tərəfim) layihəsi ilə çıxış edir: Bir azərbaycanlı, bir foto-rəssam kimi mən qürür duyuram ki, bu biennaledə iştirak elədim. Azərbaycanı burada təmsil etmək bizim üçün böyük məsuliyyətdir....
Qeyd edək ki, bu il Venesiya Biennalesinin əsas layihəsi ilk dəfə italyan sənətşünas Çeçiliya Alemaninin kuratorluğu ilə keçirilir. O, Venesiya Biennalesinin tarixində əsas sərginin bədii rəhbəri olan sayca beşinci qadındır. Maraqlıdır ki, onun tərtib etdiyi 213 nəfərlik iştirakçı siyahısında cəmi 10 faizi kişilər təşkil edir. Venesiyaya dəvət alanlardan 180 nəfər ilk dəfə bu mötəbər sərgiyə qatılıb.
Biennalenin mərkəzi sərgisində
79 milli pavilyon qurulub. O cümlədən beş ölkə Kamerun, Namibiya, Uqanda. Nepal və
Oman ilk dəfə burada
təmsil olunur. Mərkəzi Asiyadan Qazaxıstan, Qırğızıstan
və Özbəkistanın
da müəyyən fasilədən sonra Venesiya Biennalesinə qatılması yenilikdir. Rusiya isə məlum sanksiyalar səbəbindən
ilk dəfə sərgidən
kənarda qalıb.
Yalnız Sankt-Peterburqdan bir
rəssam fərdi şəkildə sərgidə
iştirak edir. Əvəzində Ukrayna rəssamları üçün
Venesiya Biennalesi çərçivəsində xüsusi sərgi proqramı (Bu Ukraynadır:
azadlığı qoruyaraq!)
təşkil olunub.
Budəfəki sərginin ümumi
mövzu-başlığı olaraq Yuxuların südü İkinci Dünya müharibəsində
Meksikaya mühacirət
etmiş britaniyalı
rəssam, sürrealist
yazar Leonora Karrinqtonun eyniadlı kitabının
adı seçilib. Sərginin əsas mövzuları isə insan bədənin metamorfozları,
COVİD-19 pandemiyasının aktuallaşdırdığı insanlar və texnologiyalar arasında münasibətlərdir.
Biennalenin fəxri mükafatçıları
incəsənətə töhfələrinə
görə Qızıl
şirin sahibləri isə bu dəfə
Almaniyadan heykəltəraş
Katarina Friç və
Çili rəssamı
Sesiliya Vikunya olub.
59-cu Venesiya Beynəlxalq
İncəsənət Sərgisi
noyabrın 27-dək davam
edəcək.
V.Kamal
Mədəniyyət.- 2022.- 27
aprel.- S.1;8.