Günahın hamısı marazmdadır...
Konsepsiya: olmalıdır, olmazsa, heç bir fikir axını çuxuruna düşməz. Olmadısa – bütün mətləblər səhnədən pırr eləyib uçur...
Ondan başlayım ki, bu yazını yazarkən xeyli əziyyət çəkdim. Tamaşaya baxarkən də. “Filumena Marturano” – Akademik Milli Dram Teatrında məşqlərinə hələ pandemiyadan öncə başlanılan və nəhayət, tamaşaçı ilə görüşən yeni səhnə işi.
Tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında
hazırlanıb. Bədii rəhbəri Xalq
artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir.
Səhnə əsərinin quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov,
musiqi tərtibatçısı
Kamil İsmayılov, rəqslərin quruluşçusu
Lalə Hacıyevadır.
Əsəri Azərbaycan dilinə
yazıçı Ülviyyə
Heydərova tərcümə
edib.
Baş rolları
Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz
(Domeniko Soriano) oynayırlar. Səhnə
əsərində həmçinin
Əməkdar artist Sevinc
Əliyeva, aktyorlar Ramin Şıxəliyev, Ləman İmanova, İlahə Həsənova,
Fəridə Şahbazova,
Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan
Novruz, Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıblar.
Müəllifin üçpərdəli komediyasını ikihissəli
tamaşa kimi təqdimatında janr olaraq komediya qeyd edilsə də, səhnə işinin (xüsusən ikinci hissədə) dram ilə komediyanın məngənəsində sıxıldığı
nəzərə çarpır.
Bunu gördükdə janr üzərindən tragikomik
bir gəzişmə də aparmaya bilmirsən. Gəzişmə demişkən, maraqlıdır,
görəsən, rejissor
bu əsəri səhnə üçün
seçərkən onun
izləyiciyə hansı
sadə mesajı verəcəyini nə dərəcədə nəzərə
alıb?
Tamaşa
boyu biz 25 il
evli kişinin məşuqəsi olmuş
qadın ilə həmin kişi arasında, əslində,
bir-birinə məhkum
olmuş ikilinin çəkişməsində tərəf
seçməyin qeydinə
qalırıq.
Qadın kimdir? Evli kişi
ilə münasibət
quran, onun məşuqəsi olmağı
qəbul edən və üstəlik illərlə o kişinin arvadı olmaq üçün min hoqqadan
çıxan Filumena. Kişi – onun əsiri olan qadın düşkünü, varlı, axmaq
Domeniko (Mimi).
Tamaşa əzik-üzük gəlin
paltarı ilə səhnəyə atılan
Filumenanın çıxışı
ilə başlayır. O, çox
məmnundur. Can üstə
olması barədə
yalan uyduraraq keşiş qarışıq
hamıya kələk
gəlir və nəhayət, yeganə planı olan evlilik aktını gerçəkləşdirir. Doğrudur, biz onu görmürük, amma bütün detalları ilə təsvirini eşidirik.
Əslində, bu təfsir-təsvirə
sərf olunan vaxtımızı sadə
bir mizan ilə şahidliyə də sərf edə bilərdik.
Əlqərəz, Filumenanın ölmədiyini
görən Mimi çox
qəzəblidir, cilovunu
gəmirən at kimi bir yerdə durmur və hər vəchlə ondan boşanacağını
deyir. Hətta vəkil tutacağı,
qadına bir qəpik pul saxlamayacağı barədə
hədələr də
edir. Beləcə,
birinci hissəni demək olar ki, “boşayacam, boşanmayacam”lara fəda edirik. Bundan sonra rejissor (nə baş verirsə) başdan-ayağa
yalançı, fırıldaqçı,
əxlaqsız Filumenadan
mələk düzəltməyə
başlayır. Bəraət
də ənənəvidir
və pyesdən irəli gələn motivin primitiv fabulasıdır: kasıb
məhəllədə ac-yalavac
böyüdüyünə görə boyuna fahişəlik biçilən
Filumena müqəddəs
ruha – Məryəmə
itaətə görə
atasını belə
düzgün təyin
etmədiyi uşaqlarını
(tələf) tərk
etmir. Beləcə, illərlə qurban
seçdiyi və həm də özünün qurbanına
çevrildiyi kişinin
pullarını onun varlığından xəbərsiz
oğlanlarına xərcləyir.
Ah, lap fədakar ana mücəssəməsi kimi
gözlərimizi yaşardır.
Bizi də onsuz da
əlində plastilin kimi oynatdığı Mimiyə qatıb “oğlanlardan biri sənindir” tapmacası ilə girinc edir. Bu məqamda
80-ci illərin hind filmləri
səhnəsi tanqo musiqilərinin fonunda başımızı ovuclarımız
arasına sıxacaq qədər ağrıdır.
Baş demişkən,
rejissorun əsas qəhrəmanlara vurğu
vurmaq, onların baş obraz olduğunu diqqətə çatdırmaq traktovkası
əsas obrazlardan heç də geri qalmayan ikinci,
üçüncü dərəcəli
obrazlara isə əməllicə “zülm
edir”.
Xüsusən iribədənli Rozaliya
Solimene (L.İmanova) və tamaşa boyu nə etdiyini
özü anlamayan sısqa, qocalıqdan əti tökülmüş
Alfredo Amorozo (R.Şıxəliyev)
səhnəni sadəcə
təsvirlərlə doldurdular.
Bu mənada vəkil Noçella (C.Novruz), dərzi Terezina (S.Əliyeva), qulluqçu Luçiya (F.Balayeva), dərzinin qızı Ofisiant (X.Novruzlu) özlərini bacardıqca
realizə etməyə,
dar macalda tamaşaçıya görünməyə
çalışdılar.
İki kəlmə
də Dianadan (İ.Həsənova) danışaq. Aktrisanın plastikası,
özünü səhnədə
ifadəsi mükəmməl
idi. O, ovsunlayıcı
qadın kimi səhnədə nə lazım idisə etdi. Düzdür, müəyyən qeyri-estetik ifratları da var idi
və inanıram ki, tamaşaya bir də zaldan
baxan rejissor onları korrektə edəcək.
Gələk Filumenanın oğlanlarına
– Umberto (E.Qədirov), Rikardo
(C.Qafarov) və Mikeleyə (V.Mustafayev). Üçlüyün tandemi yaxşı idi və hər
biri xarakterik özəlliklərini yaxşı
analiz edib, bölgülərini düzgün,
daha doğrusu, bacarıqlarına uyğun
müəyyənləşdirmişdilər.
Onların əlbəyaxa döyüşün
yavaşıdılmış kino kadrını andıran parçaları
baxımlı və dinamik alınmışdı.
Bunu tamaşaçı da yaxşı qarşıladı
və alqışladı.
Şadlıq evini xatırladan
tərtibat, ümumi dəbdəbəni və ev sahibinin
xarakterini göstərən,
bir növ italyan üslubuna vurğuya hesablanan həll və musiqiləri nəzərə
almasaq, səhnədə
müxtəlif ləhcə
və üslublarda danışıq və intonasiyalar hadisələrin
qonşu məhəllələrin
birində baş verdiyinə inam yaradırdı. Bilmirəm, bəlkə bu
da tamaşanın, daha doğrusu, ana xəttin tərkib hissəsi idi. Amma, bütün hallarda
gözəlim məmləkətimizin
müxtəlif bölgələrinin
şivələrini (Bəsti
Cəfərova xaric) bu şəkildə səhnədən duymaq çox kədərlidir.
Buna daha çox
güldürmək, daha
cəsarətli, daha sərbəst görünməyə
işarə üçün
eyham və hərəkətlər ilə
vulqarlıq elementlərini
əlavə edib, keçək baş qəhrəmanlara.
Xalq artistləri
Bəsti Cəfərova
və Ramiz Novruz nəinki akademik teatrın, ümumən milli teatrımızın seçilən,
öz üslubu və ifadə formaları ilə qəbul edilən sənətkarlarıdır. Heç kimə
sirr deyil ki, onlar səhnəni
ələ almaq, obrazların dilindən hadisə və gedişlərin təsir gücünü özünəməxsus
keyfiyyətləri ilə
daha da möhkəmləndirmək
kimi bir fitrətə sahibdirlər.
Yaşının müəyyən mərhələni
adlamasına rəğmən
səhnədə hələ
də cazibədar olan Bəsti Cəfərova, tamaşaçısı
ilə sözün bütün yaxşı mənalarında oynamağı
bacaran Ramiz Novruz bu oyuna
bacardıqları qədər,
hətta fiziki imkanlarından da qat-qat artıq güc itirdilər. Bu yaşda bu
tempdə oyunu, açığı, onlardan
gözləmirdim də.
Sadəcə və təəssüf ki, yaş və
bədən faktoru elə incə, elə sadə detallarda görünürdü
ki, ümumi obrazdan asılı qalmaq, ilkin təəssüratının
qalması üçün
mütləq gözlərini
yummağa məcbur olurdun.
Bu məqamda “sənət
etikası” fikri ətrafında düşündüm. Sənətdə, səhnədə etika estetikadan da vacib məqamdır və məncə, rejissorlar tamaşa hazırlayıb, film çəkərkən,
xüsusən baş rol ifaçıları ilə işləyərkən
bu məqama xüsusi diqqət yetirməli və məhz onlara qarşı ifrat haqsızlığa yol verməməlidirlər. Aktyorları, xüsusən ömrünü
işıqlı səhnədə
keçirən sənətkarları
qorumaq və onları öz “işıq”larında seyrçiyə
təqdim etmək lazımdır.
...Yazı monoloq təsiri bağışlamasın
deyə peşəkar
teatrşünas rəyinə
də istinad edəcəyəm. Professor Aydın
Talıbzadənin tamaşa
haqqında yazdığı
“İtalyansayağı parazitlər”
məqaləsindən bir
hissəni əlavə
edirəm: “Rejissor dramaturqun Domeniko Sorianoya qurduğu komediya “tələ”sinin süjetini əylənə-əylənə,
məzələnə-məzələnə,
haradasa lap Mikki Maus ədası ilə hadisələrdən
ləzzət ala-ala “tutub
gedir”, gedə-gedə
səhnə kompozisiyalarında
emosional coşqunu artırır, aktyorların
oyununu məqamı yetişdikcə iri planda “böyüdür”, onlara solo ifalarla yadda qalmağa şərait yaradır və camaata azərbaycanlıların milli-əxlaqi
dəyərlərilə uzlaşan
qutsal, lakin bəlli və aydın mesajlar ötürməyə çalışır.
Əgər azərbaycanlıların
ürəyini ələ
almaq istəyirsənsə,
onlara valideyn – övlad sevgisindən danış, ana fədakarlığından danış,
övladların doğma
yurda dönüşündən
danış: həməncə
kövrələcəklər, yumşalacaqlar, məsumiyyət
dənizində qərq
olacaqlar...”.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 27
aprel.- S.5.