Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlığını ifşa edir

 

 

Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə vebinar bu mövzuya həsr olunmuşdu

 

 

 

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edirya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda vebinar keçirildi. Vebinar 23 aprelDünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə təşkil olunmuşdu.

 

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanov qeyd etdi ki, kitablar və əsər müəllifləri keçmişlə gələcək arasında əlaqəni formalaşdırır, məkan və zaman çərçivəsindən kənarda ideya mübadiləsini təmin edir:Dünya Kitab və Müəllif Hüquqları Gününü qeyd edərkən biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarətçilərinə, kitabxanalaras. lazımi qiymət də veririk. Lakin o da bir həqiqətdir ki, erməni müəllifləri tarixə aid yalanlarla dolu kitablar çap edirbunlarla erməni sayağı “mənbə” yaradırlar. Bu vebinarı keçirməkdə məqsədimiz erməni saxtakarlığını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir”.

 

Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, ermənilər əsrlər boyu tarixi saxtakarlıqla məşğul olublar: “Təəssüflər olsun ki, ermənilər bir çox Qərb dövlətlərini, onların alimlərini bu saxtakarlığa inandırmağa nail olublar. Erməni saxtakarlığına qarşı ölkəmizdə müəyyən addımlar atılsa da, ancaq qarşıda görüləsi işlər çoxdur. Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının irsi və sivilizasiyası ilə bağlı Qərbdə əsasən birmənalı bir yanaşma mövcuddur. Bu, ermənilərin maraqlarına uyğun olan bir yanaşmadır. Bu sahədə həqiqətlərin bizim tərəfimizdə olmasına baxmayaraq, biz dünyanı, xüsusi ilə də Qərb alimlərini buna inandıra bilməmişik”.

 

Nazir vurğuladı ki, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə yeni mərhələ başlayıb: “Vətən müharibəsi şanlı Zəfərlə başa çatsa da, informasiya müharibəsi bundan sonra da davam edəcək. Bunu dövlətimizin başçısı da dəfələrlə qeyd edib. Bu informasiya müharibəsində bizim ən vacib alətlərimizdən biridüzgün, uzunmüddətli və nəticəyönlü strategiyanın müəyyən edilməsidir. Bu strategiyanın tərkib hissələrindən biri də alimlərlə, tarixşünaslarla, etnoqraf və digər mütəxəssislərlə mütəmadi işin aparılmasıdır. Düşünürəm ki, aidiyyəti müəssisələrimiz, o cümlədən Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi də əlaqələndirici şəkildə bu sahədə proseslərə öz töhfəsini verə bilər”.

 

Anar Kərimov diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyi ADA Universiteti ilə birgə müxtəlif ölkələrdən alimləri dəvət etməklə Azərbaycan tarixi, mədəniyyəti, memarlığı sahəsində araşdırma aparmaq üçün müəyyən bir proqram hazırlamağı planlaşdırır:Bu sahədə müxtəlif ölkələrdən elə gənc araşdırmaçılarla işləmək istəyirik ki, hələ ermənilər saxta miflərlə onların beyinlərini zəhərləməyib. Onlarla əməkdaşlıq gələcəkdə bizə elmi resurslar verəcək. Nəticə etibarilə də biz bunlarla saxta erməni mifologiyasını növbəti dəfə dağıtmağa nail olacağıq. Necə ki, biz 44 günlük müharibə zamanı onların uydurma mifologiyasını dağıtdıq. Amma informasiya mübarizəsində də əlimizdə lazım olan şəbəkələr olmalıdır ki, uğur əldə edək”.

 

Vebinar AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov və digər iştirakçıların çıxışları ilə davam etdi.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2022.-27 aprel.- S.3.