“Şərqlə Qərbin ahəngində”

 

Barokko günləri” festivalında daha bir konsert

 

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-26 aprel tarixində Bakıda keçirilən “Barokko günləri” Beynəlxalq Musiqi Festivalı Azərbaycan, İtaliya, Türkiyə, UkraynaGürcüstandan ifaçıları bir araya gətirmişdi.

Festival çərçivəsində növbəti konsert proqramı aprelin 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında gerçəkləşdi.

“Şərqlə Qərbin ahəngində” adlı musiqi axşamında Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak edirdilər.

Konsertdə “D`accordobarokko ansamblı (bədii rəhbər və klavesin ifaçısı – Əməkdar artist İlahə Sadıqzadə) çıxış etdi.

M.PretoriusunBransl de la Torş” əsəri ilə başlayan proqram J.B.LüllininSkaramuş çakonası” əsəri ilə davam etdi. L.Bokkeini  G.Hendel, A.Korelli, A.Skarlatti və digər bəstəkarların əsərləri musiqi axşamına əlavə rəng qatdı.

 

Türkiyəli musiqiçi Hande Cangöçgenin (arklüt) ifasında M.LambetinMa bergere est tendre et fidelle” əsəri də konsertin yaddaqalan nömrələrindən oldu.

 

Proqramın digər musiqili qonaqları – türkiyəli musiqiçi Kaan Buldular (kontratenor), Əməkdar artistlər Fəridə Məmmədova (soprano), Nicat Salmanov (fleyta) və italiyalı sənətçi Stefano Demikelinin (klavesin) ifaları da alqışlarla qarşılandı. Konsertə G.de MaşonunDouce dame jolieəsəri ilə yekun vuruldu.

 

Bildirək ki, Qərbi Avropada klassik musiqinin XVI əsrin sonu – XVIII əsrin birinci yarısında inkişaf dövrünüBarokko musiqisi” (barokkoitalyancatəmtəraqlı”, “qəribəmənalarını verir) adlandırırlar. Barokko təxminən 150 il ərzində (Y.S.Baxın vəfat etdiyi 1750-ci ilədək) musiqidə müxtəlif bəstəkarlıq üslub axtarışlarının mövcud olduğu dövrdür. Bundan sonra Avropada klassik (akademik) musiqi tam təşəkkül tapıb.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.-27 aprel.- S.3.