Beynəlxalq Caz Günü münasibətilə silsilə tədbirlər keçiriləcək

 

 

30 aprel Beynəlxalq Caz Günüdür (İnternational Jazz Day). Bu gün 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik dialoqun, insanlar arasında ünsiyyətin genişləndirilməsində rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycan da həmin ildən bu dünya əhəmiyyətli caz hadisəsinə qoşulub.  H.Hənkok Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İsfar Sarabskini 2012-ci ildə ilk caz forumuna dəvət edib. 2015-ci ildə Parisdə baş tutmuş Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, Əməkdar artist Ruslan Hüseynov, Elvin Bəşirov Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyiCəngi” folk-estrada qrupu təmsil edib.

2017-ci ildən etibarən Mədəniyyət Nazirliyinin bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakıda Beynəlxalq Caz Günü qeyd olunur.

Bu il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Caz Günü silsilə tədbirlərlə qeyd ediləcək.

29 aprel – 2 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı Beynəlxalq Muğam Mərkəzində Azərbaycan cazmenlərinin iştirakı ilə konsertlər təqdim olunacaq.

 

Mədəniyyət.- 2022.-27 aprel.- S.2.