“Bu musiqi insanı xoşbəxt edir...”

 

Barokko günlərifestivalı çərçivəsində ustad dərsi

 

 

 

Aprelin 25-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Qara Qarayev adına zalında dünya şöhrətli italyan musiqiçi, Roma, San-Karlo digər opera teatrlarının bədii rəhbəri olmuş, “Akkademia D’arte Lirika”nın direktoru, professor Vinçenzo de Vivonun ustad dərsi keçirildi. Ustad dərsi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunanBarokko günləriBeynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşdi.

BMA-nın beynəlxalq əlaqələr tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundova festival qonaq haqqında məlumat verdi.

Təhsil ocağının Solo oxuma opera hazırlığı kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımova ustad dərsinin təşkilinin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, tədbirdə çox böyük maraq hərəkətlilik hiss olunur: “Tələbələr böyük həvəslə öz səs istedadlarını nümayiş etdirmək üçün qatılıblar. İnanıram ki, bu günə kimi Vinçenzo de Vivonun rəhbərlik etdiyi teatrlarda bizim gənc opera ifaçıları necə bəyənilibsə, bu gün müəllim tələbə heyətimiz öz məharətini nümayiş etdirəcək”.

 

İtalyan musiqiçi ustad dərsinə başlamazdan əvvəl təəssüratlarını öyrənirik. Vinçenzo de VivoBarokko günləri” festivalının Azərbaycan musiqi sənəti üçün möhtəşəm təcrübə olduğunu qeyd edir: “Barokko musiqisinin ritmi, verdiyi təəssürat çox gözəldir. Həm də insanı xoşbəxt edir. Bu, Bakıya ilk gəlişimdir və Azərbaycan mədəniyyətinə heyran qaldım. Onu da qeyd edim ki, Azərbaycandan olan gənc vokal ifaçıları bizim məktəblərdə təhsil alırlar. Onlar çox böyük zəhmətlə uğur əldə ediblər və bu zəhmətin və istedadın özülü Bakı Musiqi Akademiyasında qoyulub. Bu məkanda ustad dərsi keçmək mənim üçün çox xoşdur. Tələbələr bir şeyi unutmamalıdırlar ki, onların vokal hazırlıqları məşqlərdən və müəllimlərindən çox asılıdır. Barokko musiqisi ilə müasir dövr bəstəkarlığında texnikalar demək olar eynidir. Elə səsimiz də eynidir. Sadəcə, onun istifadəsi dəyişilir. Yəni fərqli səslənmə düşüncəsi yaranır. İfa etməzdən əvvəl düşünməliyik ki, biz bu səsdən nə istəyirik, tələbimiz nədir? Əlbəttə ki, barokko musiqisində, əsərdə sözlərin musiqi qədər önəmi var. Barokkoda sözlərin tələffüzü çox əhəmiyyətlidir. İtalyan dilində dairələnmiş səs quruluşu var. Cümlələrin birləşməsində samit səslərin əvəzlənməsi mühümdür. Bu gün ustad dərsinə qatılanlar çox olduğu üçün əsərlərdən müəyyən parçalar və müxtəlif əsərlər üzərində nümunələrlə özümüzü sınaqdan keçirəcəyik”.

 

Ustad dərsində Xalq artistləri Xuraman Qasımova, Gülnaz İsmayılova və Əməkdar artist, festivalın bədii rəhbəri İlham Nəzərovun tələbələri, həmçinin BMA-nın əvvəlki məzunları iştirak edirdi.

 

Vinçenzo de Vivo hər bir tələbəyə fərdi yanaşaraq öz tövsiyələrini verdi. O, əsərləri ifa edərkən həmin dövrün bədii üslub xüsusiyyətlərini, bəstəkarların yaradıcılığını yaxından öyrənməyi, ifa zamanı düzgün nəfəs və diapazon, sözlərin düzgün tələffüzünün əhəmiyyətini vurğuladı. Ustad dərsi tələbə və müəllimlərin italyan qonaqla fikir mübadiləsi ilə davam etdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.-27 aprel.- S.2.