“Burdan
min atlı keçdi”
– Rus Dram Teatrının
səhnəsində
C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
görkəmli şair-dramaturq
Hidayətin “Burdan min atlı keçdi” əsərinin premyerasını
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində
təqdim edib.
Teatrın 140-cı mövsümündə ərsəyə
gəlmiş tamaşa
ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr
edilib.
Tamaşada tarixən Qərbi Azərbaycanda yaşamış
soydaşlarımızın taleyindən, Qarabağ hadisələrinin yenicə
başladığı dövrdə
ermənilərin xalqımıza
qarşı törətdiyi
etnik təmizləmə
siyasətindən, Prezidentimizin
əzmi nəticəsində
həmin siyasəti iflasa uğradan şanlı Qələbəyə
gedən yoldan bəhs edilir. Əsrlərlə Qərbi Azərbaycanda bədxahlarımızın mənfur
əməllərinə sinə
gərən seçilmiş
şəxsiyyətlərin gərgin mübarizəsi,
o cümlədən ümummilli
lider Heydər Əliyevin yorulmaz və dönməz fəaliyyəti işıqlandırılır.
Ulu öndərin bədii obrazının simasında
o böyük şəxsiyyətin
milli məfkurəsi, vətən, torpaq və xalq sevgisi,
dövlətçilik prinsipləri
təcəssüm etdirilir.
Alqışlarla qarşılanan tamaşada
İrəvan teatrının
yaradıcı kollektivinin
hər bir üzvü obrazlarının
yüksək peşəkarlıqla
təqdimatına nail ola biliblər. Səhnə işi teatrsevərlər tərəfindən alqışlarla
qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin
Məhərrəmov, quruluşçu
rəssamı Vahid Mürsəliyevdir.
Nümayişin sonunda şair-dramaturq Hidayət tamaşa haqqında fikirlərini bölüşərək kollektivi
təbrik edib.
Mədəniyyət.- 2022.-27 aprel.-
S.5.