“Həyatla oyun” davam edir
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin təşkilatçılığı ilə Bakı Uşaq və Gənclər Teatrının "Həyatla oyun" tamaşası 4 saylı cəzaçəkmə müəssisəsində nümayiş olunub.
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən olan narkomaniya və qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) qarşı mübarizəyə çağırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır, insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.
Səhnə əsəri Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə həyata keçirilən innovativ layihə kimi 80 ölkə tərəfindən ortaya qoyulmuş layihələr arasında ilk üçlüyə düşüb və bununla bağlı teatra sertifikat təqdim edilib.
Real həyatdan
götürülən hadisələr əsasında qurulan birsaatlıq tamaşa
yeniyetmələr və böyüklər üçün
nəzərdə tutulub. Rejissoru
Əməkdar artist İntiqam
Soltan, müəllifi Arzu
Soltan, rəssamı Sevda
Məmmədovadır.
Mədəniyyət.- 2022.-27 aprel.-
S.5.