Şuşa İli”ndə hansı elmi tədqiqatlar aparılacaq

 

 

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağında Humanitar Elmlər Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

 

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli”, Aşıq Ələsgərin 200 illik yubileyi, Şuşanın Azərbaycanın mədəniyyət paytaxt elan edilməsi ilə bağlı, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair aparılan elmi tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, Humanitar Elmlər Bölməsində tədqiqatlar “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları”, “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları”, “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri”, “Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği”, “Azərbaycan mədəniyyətinin tarixionun çağdaş dünya bədii mədəniyyətində yeri  kimi istiqamətləri əhatə edib. Həmçinin “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri”, “Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi”, “Hüseyn Cavid və ümumiyyətlə, Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği” istiqamətləri üzrə tədqiqatlar aparılıb.

 

Akademik qeyd edib ki, 2022-ci ilinŞuşa İlielan edilməsi haqqında ölkə başçısının sərəncamından irəli gələrək Humanitar Elmlər Bölməsinin fəaliyyət proqramı hazırlanıb. Bu çərçivədə “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı”, “Xurşidbanu Natəvan. Həyatı və yaradıcılığı” monoqrafiyalarının, “Böyük Qayıdışın şah əsəri – Şuşa” məqalələr toplusunun, “ŞuşaElamTroya dövründə”, “Qarabağ toponimləri” kitablarının çapı, beynəlxalq konfransların təşkili, Şuşanın ədəbi-sənətkar mühiti və görkəmli şəxsiyyətlərinə, sənətkarlarına həsr olunmuş tədqiqat işləri nəzərdə tutulur.

 

Şuşa İli” çərçivəsində Şuşa şəhəri və ətrafına arxeoloji ekspedisiyaların təşkil edilməsinə və etnoqrafik tədqiqatların aparılmasına diqqətin artırılması, əlyazmalar, arxiv sənədləri və digər mənbələr əsasında “Şuşanın görkəmli şəxsiyyətləri” haqqında kollektiv monoqrafiyanın hazırlanması nəzərdə tutulur.

 

Bu barədə isə AMEA İctimai Elmlər Bölməsinin fəaliyyəti haqqında hesabatı təqdim edən akademiyanın vitse-prezidenti vəzifəsini icra edən, bölmənin Elmi şurasının sədri Gövhər Baxşəliyeva məlumat verib. Akademik Qarabağın və Zəngəzurun tarixi, arxeologiyası, iqtisadiyyatı, mədəniyyəti və s. istiqamətlərdə aparılan və nəzərdə tutulan tədqiqatlar barədə də danışıb.

 

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.6.