Qubadlı abidələrinə həsr olunan tədbir keçirilib

 

Sumqayıt RMİ-nin tabeliyindəki Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qubadlı rayonunun abidələrinə həsr olunan tədbir keçirilib.

Muzeyin direktoru Vaqif Babayev çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələrin, müqəddəs ocaqların və məbədlərin dağıdılaraq məhv edildiyini, bəzilərinin üzərində erməniləşdirmə əlamətlərinin aşkar olunduğunu bildirib. Qeyd olunub ki, bu vandalizm aktları Qubadlı rayonundan da yan keçməyib. Rayonun işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid də dağıdılıb.

Tədbirdə həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin Qubadlı rayon üzrə baş mütəxəssisi Sədi Vəliyev, muzeyin kiçik elmi işçisi Günel Quluzadə və digərləri də çıxış ediblər.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.4.