Lənkəranda rəssamlıq üzrə
ustad dərsləri
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzi tərəfindən Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzində təsviri sənət üzrə ustad dərsləri keçirilib.
Ustad dərslərinə Lənkəran şəhər Uşaq rəssamlıq məktəbinin şagirdləri və şəhər Heydər Əliyev Mərkəzi, Astara Dövlət Rəsm Qalereyasının dərnək üzvləri qatılıb.
Lənkəran RMİ-nin məsləhətçisi Anar Kəkəyev ustad dərslərini açaraq qonaqları salamlayıb, gənc rəssamlara uğurlar arzulayıb.
Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzi Bədii təhsil şöbəsinin müdiri Fuad Sadıqov, həmin şöbənin əməkdaşı Fəridə Kərimova, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Aydan Şahbazlı ustad dərslərinin əhəmiyyətini qeyd ediblər.
Daha sonra mütəxəssislər sulu boya ilə kağız üzərində natürmort işləməyin yollarını əyani göstəriblər.
Sonda qonaqlar
Lənkəran şəhər Uşaq rəssamlıq
məktəbinin “Şuşa İli”nə
həsr olunmuş əl işlərindən
ibarət sərgisinə də baxış keçiriblər.
Məktəbin direktoru Xəzər İbrahimov ustad dərslərinin
təşkilinə görə təşəkkürünü
bildirib. Qeyd edib ki, peşəkar rəssamlarla
ünsiyyət şagirdlər üçün
mühüm motivasiyadır.
Mədəniyyət.- 2022.- 29
aprel.- S.4.