Gənc muğam
ifaçılarının konsert
proqramı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi və H.Abbasov adına Mədəniyyət Mərkəzi gənc muğam ifaçılarının iştirakı ilə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirib.
İdarədən bildirilib ki, konsertdə Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrının solisti
Mütəllim Dəmirov, IV Muğam Televiziya Müsabiqəsinin qalibi
Sərxan Bünyadzadə, həmin müsabiqənin
laureatı Nüşabə Kərimli, Asəf Zeynallı
adına Musiqi Kollecinin
tələbələri Gəray Qarayev,
Daşqın Kürçaylı, Milli
Konservatoriyanın müəllimi Nurlan Cəbizadə,
Milli Konservatoriyanın tələbəsi
Səyyar Teymurov, A.M.Şərifzadə
adına Mədəniyyət Mərkəzin əməkdaşı
Fərid Babayev çıxış ediblər.
Mədəniyyət.- 2022.- 29
aprel.- S.5.