Tofiq Quliyevin 105 illiyi ilə əlaqədar silsilə konsertlər

 

Azərbaycan cazestrada musiqisinin banilərindən olan Tofiq Quliyevin (1917-2000) 105 illiyi ilə əlaqədar görkəmli bəstəkarın adını daşıyan 12 nömrəli onbirillik Musiqi məktəbi aprel ayında silsilə konsertlərlə çıxış edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, ilk konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijorXalq artisti Yalçın Adıgözəlov) müşayiəti ilə keçib. Konsertdə fortepiano, violin, tar, vokal ixtisasları üzrə təhsil alan şagirdlər Azərbaycan, rusAvropa bəstəkarlarının əsərlərini səsləndirib.

Filarmoniyanın Kameraorqan musiqisi zalında dirijor Orxan Haşımovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məktəbin əsasən kiçik sinif şagirdlərinin, eyni zamanda kiçik xor kollektivinin iştirakı ilə növbəti konsert keçirilib.

Baş idarənin rəisi İbrahim Əliyev tədbirdə çıxış edərək məktəbin kollektivinə uğurlar arzulayıb. Məktəbin direktoru Gülnarə Səfərova yubileyi münasibətilə fəxri fərmanla təltif olunub.

 

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.5.