“Mədəni yenilənmə”də növbəti görüş

 

Əddis Hacıyev: “Kino sənayesində yeni nəsil üçün ilkin laboratoriyalar yaratmaq lazımdır”

 

 

 

Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Mərkəzinin ötən ilin oktyabrında başladığı “Mədəni yenilənmə” layihəsi davam edir.  Layihənin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir.

“Mədəni yenilənmə”nin budəfəki qonağı Rusiya KinoTeleviziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin bədii proqramlar üzrə rəhbəri və “Bədii quruluş” proqramının kuratoru, rejissor, teatrkino rəssamı Əddis Hacıyev oldu.

 

Aprelin 26-da YARAT Müasir İncəsənət Mərkəzində reallaşan görüşdə çıxış edən mərkəzin İctimai proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova layihəyə diqqət ayırdığına görə Əddis Hacıyevə təşəkkürünü bildirdi: “Bu gün zalda Əddis Hacıyevlə görüşə gələnləri, sözün əsl mənasında, Azərbaycan kinosunun təəssübkeşləri adlandırmaq olar. Eyni zamanda layihə çərçivəsində  həmyerlimiz təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəzzadə ilə aprelin 27-də kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək”.

 

Daha sonra söz Əddis Hacıyevə verildi. O, layihədə iştirak üçün dəvət olunduğuna görə təşkilatçılara təşəkkürünü bildirdi. Diqqətinə çatdırdı ki, rəssam olsa da, filmlər çəkir. İdrakadlı qısametrajlı filmini nümayiş üçün Bakıya gətirib. Film 2021-ci ildə Türkiyənin Aydın şəhərində keçirilənEfeler” film festivalında mükafata layiq görülüb. O, həmçinin Moskva Kino Məktəbi tələbələrinin ərsəyə gətirdikləri işlərin təqdim ediləcəyini diqqətə çatdırdı.

 

Təhsil üzrə ekspert Yekaterina Çərkəzzadə haqqında da məlumat verən Əddis Hacıyev bildirdi ki, o, yaradıcı sənayelər sahəsində aparıcı təhsil müəssisələrini  Britaniya Ali Dizayn Məktəbi, “Scream” Kompüter Texnologiyaları Məktəbi, Moskva Kino Məktəbi, Moskva Memarlıq Məktəbi, Moskva Kommunikasiya Məktəbi, Moskva Musiqi Məktəbi digər layihələri özündə birləşdirən Universal Universitetin direktorudur.

 

Daha sonra Moskva Kino Məktəbi tələbələrinin qısametrajlı filmləri nümayiş olundu. Avropa, Rusiya Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparıldı.

 

***

 

Görüş zamanı fürsətdən istifadə edərək Əddis Hacıyevdən kino sənayesi ilə bağlı düşüncələrini öyrəndik.

 

 

 

Azərbaycanın kino sənayesi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

 

– Kino sənayesinin inkişafı bu sahədə çalışan insanlardan asılıdır. Yəni əsas burada kimlərin fəaliyyətdə olmasıdır.

 

 

 

Azərbaycanda Kino Agentliyi yaradılır. Sizcə, yeni qurum kinomuza hansı yenilikləri gətirə bilər?

 

Düşünürəm ki, yeni agentlik Azərbaycanda kinonun inkişafı üçün çox önəmli bir addım oldu. Kinematoqrafiya sahəsi bizdə həmişə yüksək səviyyədə olub. Bu gün kinoya yeni dalğa gəlir. Bilirəm ki, çoxsaylı gənc rejissorlar nəsli yetişir, onlar beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Bir müddət əvvəl Moskvada möhtəşəm Azərbaycan kinosu həftəsi təşkil edildi...

 

 

 

Dövlət kinoya pul yatırmalıdır, yoxsa kino ölkəyə pul gətirməlidir?

 

– Söhbət ondadır ki, bu gün kino sənayesi yaradıcı sənayenin bir növüdür. Bu baxımdan kino Azərbaycanda kreativ sənayenin inkişafı və iqtisadiyyatın yüksəlməsi üçün öz töhfələrini verə bilər. Yaxın 10-15 ildə iqtisadiyyatın sənaye sahəsindən bütün gəlirlər tükənəndə ən çox gəlir gətirən sahə kino ola bilər. Kino gələcəyin və sonsuz valyutanın ünvanıdır.

 

 

 

– Çoxları deyir ki, bu gün yaxşı ssenaristlər yoxdur...

 

Bu, çox vacib məsələdir. Onları yetişdirmək lazımdır. Üstündə çalışmadığın, təhsil vermədiyin, yetişdirmədiyin məhsulu necə tələb edə bilərsən? Çünki kino təhsilsiz, təcrübəsiz mövcud deyil. Kino təhsili ilk pillədə çox mühüm şərtdir. Mənə belə gəlir ki, kino sənayesində yeni nəsil üçün ilkin laboratoriyalar yaratmaq lazımdır. Onlar da öz növbələrində ümumi kino mühitini yarada biləcəklər. Ammassenarist, rejissor yoxdurfikri düzgün səslənmir. Onlar bizim ətrafımızdadır. Sadəcə, biz onları tapmalı, təhsil verməli və qiymətləndirməliyik. Yəni kinoya cəlb etməliyik. Onlara təhsil verib kinodan kənar saxlamaq da bu sahənin inkişafına heç bir nəticə verməyəcək.

 

 

 

– Bəs kino mədəniyyətə nə dərəcədə təsir edir, onu necə inkişaf və təbliğ etdirə bilir?

 

Kinematoqraf mədəniyyətin inkişafına, təbliğinə yönəlmiş alətdir. Kino sənayesi isə iqtisadi məna kəsb edir. Bunların hər ikisi birləşəndə möhtəşəm sintez yaranır. Mədəniyyət yüksəlir, yeni yerləri, kinoteatrlar, infrastruktur yaranır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.3.