Alla Bayramova Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub

 

Aprelin 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünas Alla Bayramovanın 65 yaşı tamam olub.

Bu münasibətlə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva yubilyarla görüşüb.

Nazir müavini Alla Bayramovanı doğum günü münasibətilə təbrik edərək onun muzey işimusiqi mədəniyyəti sahəsində xüsusi xidmətlərini qeyd edib və ən xoş arzularını çatdırıb.

Sevda Məmmədəliyeva 65 illik yubileyi, həmçinin uzunmüddətli və səmərəli fəaliyyəti ilə əlaqədar Mədəniyyət Nazirliyinin fəxri fərmanını Alla Bayramovaya təqdim edib.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.2.