Naxçıvan Dövlət Musiqili Dram Teatrına “milli” statusu verilib
Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrına “milli” statusu verilib. Azərbaycan Respublikası Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı
26 aprel 2022-ci il tarixli qərar “Teatr və teatr
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının
müvafiq bəndinə
əsasən qəbul
edilib.
Naxçıvan Muxtar Respublikasının
Nazirlər Kabinetinə
Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrına
“milli” statusu verilməsi haqqında qərardan irəli gələn məsələləri
həll etmək tapşırılıb.
Mədəniyyət.- 2022.- 29
aprel.- S.2.