Tarix Muzeyində milli kino sənətinə dair materiallar da qorunur

 

 

Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Azərbaycan kino sənətinə dair maraqlı materiallar qorunur.

Bu materiallar arasında 1955-1957-ci illərdə Bakı kinostudiyasında çəkilmiş filmlərin kadrlarından ibarət albom da var. Bu barədə muzeydən məlumat verilib.

İllüstrativ nəşrə 1955-ci ildə çəkilmişBəxtiyarGörüş”, 1956-cı ildə kinostudiyada lentə alınan “O olmasın, bu olsun”, “Qara daşlar”, 1957-ci ildə çəkilmişBir məhəllədən iki nəfərQızmar günəş altındafilmlərinin ən baxımlı epizodlarının fotoşəkilləri daxil edilib.

Albom 37 vərəqdə 24 fotoşəkildən ibarətdir.

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.6.