Unikal, lakin eyni

 

Şimali Karolinada rəssam soydaşımızın sərgisi

 

 

 

ABŞ-ın Şimali Karolina ştatında yaşayan rəssam soydaşımız Lalə Bağırzadənin sərgisi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Çapel Hill şəhərindəki Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində təşkil edilən “Unikal, lakin eyni” adlı sərgidə bənzərsiz xasiyyətə malik qadınlar əks olunub.

İyulun 29-da açılan sərgi avqustun 31-dək davam edəcək.

Lalə Bağırzadə Azərbaycanda anadan olub. Təbiətə marağı onu rəssamlığa sövq edib. ABŞ-a köçdükdən sonra kənd təsərrüfatı üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Bununla yanaşı, rəssamlıq arzusundan da vaz keçməyib. 2020-ci ildə Şimali Karolina Akvarelistlər Cəmiyyətinin (Watercolor Society of North Carolina) “Biz hamımız birlikdə zəncirlənmişikadlı sərgisində birinci mükafatı qazanıb. Hazırda soydaşımız həmin cəmiyyətin sərgi direktoru kimi fəaliyyət göstərir.

 

 

Mədəniyyət.- 2022.- 3 avqust.- S.5.