Elektron informasiya resurslarının yaradılması
ilə bağlı
virtual görüş
İyulun
29-da Azərbaycan Milli
Kitabxanası tərəfindən
respublika üzrə Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) işçiləri ilə
“Elektron informasiya resurslarının yaradılması:
mövcud vəziyyət
və problemlərin həlli yolları” mövzusunda virtual görüş
keçirilib.
Milli Kitabxananın direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova iştirakçıları salamlayaraq kitabxanalarda son illər mütərəqqi metod və texnologiyaların tətbiqindən danışıb. Respublika üzrə MKS-lərin işini yaxşılaşdırmaq məqsədilə Milli Kitabxananın metodik mərkəz kimi fəaliyyəti qeyd olunub.
Bildirilib ki, virtual görüşün keçirilməsində məqsəd kitabxanaların fəaliyyətinin mövcud vəziyyətini təhlil etmək, kitabxana əməkdaşlarını yeniliklərlə tanış etmək, problemləri aydınlaşdırmaq, onların həlli yönündə təklif və tövsiyələri nəzərə çatdırmaqdır.
Direktor müavini Milli Kitabxananın elektron kitabxanası, tammətnli məlumat bazaları, virtual sərgilər və yeni tammətnli layihələri haqqında məlumat verərək virtual görüş iştirakçılarını öz işlərində bu resurslardan yararlanmağa və təşkil olunacaq treninqlərdə fəal iştirak etməyə dəvət edib.
Milli Kitabxananın əməkdaşı Təranə Cəfərova MKS-də elektron kataloq və elektron kitabxananın formalaşdırılması xüsusiyyətləri haqqında çıxış edib. Bu sahədə müasir vəziyyət təhlil edilib, tətbiq prosesində meydana çıxan problemlər, keyfiyyətin artırılması yolları və s. istiqamətlərdə müzakirələr aparılıb, aktual suallar cavablandırılıb və funksionallığın artırılması məqsədilə lazımi tövsiyələr verilib.
Virtual görüşdə
Gəncə, Goranboy, Şəki, Quba, Şabran, Neftçala, İsmayıllı, Siyəzən,
Samux, Sumqayıt, Qəbələ, İmişli, Oğuz, Ağdaş və digər şəhər və
rayon MKS-lərin əməkdaşları iştirak ediblər.
Mədəniyyət.- 2022.- 3
avqust.- S.7.