Süni intellekt və data elmi
Təhsil İnstitutunun təşkilatçılığı
ilə “Süni intellekt və data elmi” layihəsi çərçivəsində təlim iştirakçılarının
əmək bazarına
daha rahat adaptasiyası məqsədilə
bu sahədə perspektivli və rəqabətə davamlı
mühit formalaşdırmış
təşkilatların əməkdaşları
və şirkətlərin
nümayəndələri ilə
görüşlər keçirilir. Bu barədə Təhsil İnstitutundan məlumat verilib.
İnstitutun Təhsil Texnologiyaları Mərkəzində baş
tutan növbəti görüşdə spiker
qismində “Metafluence”
şirkətinin həmtəsisçisi
və idarə heyətinin üzvü Elşad Yusifli və “Tensorflow” işçi qrupunun təsisçisi Murad Əlili çıxış
ediblər.
Elşad Yusifli “Süni intellekt və data elmi” layihəsi çərçivəsində həyata keçirilən
təlimlərin əhəmiyyətini
vurğulayıb. Murad Əlili isə
virtual dünya, məlumat
mərkəzinin ixtira
olunması, rəqəmsal
pul kisələri, elektrikli nəqliyyat vasitələri, avtomatlaşdırma,
çatdırılma dronları,
orbital aerokosmik, 3D çap,
hüceyrə və
gen terapiyası kimi mövzular barədə danışıb.
Görüşdə Təhsil İnstitutunun əməkdaşları
və müvafiq sahə üzrə təhsil alan
tələbələr iştirak
ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb.
Mədəniyyət.- 2022.- 17
avqust.- S.7.