Mirvarid Dilbazinin 110 illiyi qeyd olunub
XX əsr Azərbaycan
poeziyasının görkəmli
nümayəndəsi, ilk qadın
Xalq şairi Mirvarid Dilbazinin (1912-2001) anadan olmasının 110 illiyi ilə əlaqədar Qazax rayonunda yubiley tədbiri keçirilib.
Qazax
Rayon İcra Hakimiyyəti,
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyi
(AYB) Qazax bölməsinin
birgə təşkilatçılığı
ilə gerçəkləşən
tədbirdə əvvəlcə
Xalq şairinin 85 illik yubiley mərasimindən
bəhs edən videoçarx nümayiş
olunub.
Tədbirdə çıxış edən
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı şairənin həyat və yaradıcılığından
danışıb. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı
Rəcəb Babaşov
çıxışında qeyd edib ki,
ulu öndər Heydər Əliyev Xalq şairi Mirvarid Dilbaziyə böyük qiymət verib.
“Qazax” Xeyriyyə
İctimai Birliyinin sədri İlham Pirməmmədov, AYB Qazax bölməsinin sədri, Əməkdar incəsənət
xadimi Barat Vüsal və digər çıxış edənlər
Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında
yerindən söhbət
açıblar. Xanlıqlar kənd tam orta məktəbinin şagirdləri,
Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbinin şagirdləri
şairənin şeirlərini
söyləyiblər.
Mədəniyyət.- 2022.- 19
avqust.- S.2.