Hərbi münaqişələr
dövründə mədəni abidələrin
dağıdılması
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda
Qarabağda törədilən talandan danışıb
Çexiyanın paytaxtı Praqada avqustun 20-də başlayan Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı davam edir. Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin nümayəndə heyəti də iştirak edir.
Tədbir çərçivəsində ICOM-un Fəlakət risklərinin idarəolunması üzrə Beynəlxalq Komitəsinin konfransı da keçirilib. ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransda “Qarabağın timsalında hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda çıxış edib.
Xalça Muzeyindən bildirilib ki, direktor çıxışında
dünyadakı hərbi əməliyyatlar zamanı nadir abidələrin, dəyərli maddi mədəniyyət nümunələrinin
dağıdıldığını, sənət əsərlərinin
oğurlandığını, talan edildiyini vurğulayıb. Diqqətə
çatdırılıb ki, 30 ilə
yaxın Ermənistanın
işğalı altında qalmış Azərbaycan
torpaqlarında da mədəni irs, muzeylər eyni aqibəti
yaşayıb. Bu müddət ərzində həmin ərazilərdəki
mədəni irs qəsdən və
ardıcıl şəkildə məhv edilib.
Şirin Məlikova mədəni irsin qorunması məsələsində etnik, dini və ya milli
ayrı-seçkiliyə yol verilməsinin
qəbuledilməz hal olduğunu
bildirib, beynəlxalq təşkilatların
bütün bəşəriyyətin maddi irsinin qorunmasında eyni həssaslığı göstərməsinin
vacibliyini qeyd edib.
Mədəniyyət.- 2022.- 26
avqust.- S.3.