Mədəniyyət ocaqlarının işi günün tələblərinə
cavab verirmi?
Nazir Anar Kərimov
Qazaxda müəssisələrin fəaliyyəti
ilə tanış olub
Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi ilə bağlı görülən kompleks tədbirlərin mühüm bir istiqaməti də regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılmasıdır. Mədəniyyət naziri Anar Kərimov bu məqsədlə bölgələrə müntəzəm səfər edərək yerlərdə müəssisələrin fəaliyyəti ilə tanış olur, mədəniyyət işçiləri ilə görüşlər keçirir, müvafiq tapşırıqlar verir.
Nazir Anar Kərimov avqustun 30-da Qazax rayonuna səfər edib.
Anar Kərimov
və rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov
əvvəlcə Qazax
şəhərində ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Nazir və icra başçısı
rayondakı bir sıra mədəniyyət
müəssisələrinə, tarixi abidələrə baxış keçiriblər.
Qazaxdakı Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı
2008-ci ildən fəaliyyət
göstərən müəssisənin
fəaliyyəti barədə
məlumat verilib. Nazir mərkəzdə
ulu öndərin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini əks
etdirən foto və eksponatlara baxıb.
Sonra Qazax Dövlət Rəsm Qalereyasına baxış
keçirilib. Bildirilib ki, 1986-cı ildən
fəaliyyət göstərən
qalereyanın ümumi
fondunda 574 eksponat var. Onlardan 70-i sərgi salonunda nümayiş olunur.
Qazax şəhər
1 nömrəli Uşaq
musiqi məktəbinə
gələn Anar Kərimova məlumat verilib ki, təhsil
ocağı 2020-ci ildə
Mədəniyyət Nazirliyi
tərəfindən əsaslı
təmir olunub. Məktəbdə
fortepiano, skripka, tar, kamança,
qarmon, saz sinifləri fəaliyyət
göstərir, 221 şagird
təhsil alır, onların təlim-tərbiyəsi
ilə 59 müəllim
məşğul olur.
Mədəniyyət naziri şəhərdəki “Azərbaycan”
kinoteatrının binasının
vəziyyəti ilə
də tanış
olub. Qeyd olunub ki,
1965-ci ildə tikilən
binada 600 nəfərlik
böyük və 50 nəfərlik kiçik zal var.
Anar Kərimov
Qazaxda Molla Pənah Vaqif və Molla Vəli
Vidadinin Xatirə Muzeyinə də baş çəkib. 1970-ci ildə açılan muzeydə 1235 eksponat qorunur. Muzeydə görkəmli şairlər
M.P.Vaqif və M.V.Vidadinin dövrünə
(XVIII əsr) aid məişət
və bəzək əşyaları, paltarlar,
silahlar və
s. nümayiş olunur.
Sonra nazir Qazax Tarix-Diyarşünaslıq
Muzeyinə gəlib. Bildirilib ki,
1984-cü ildə yaradılan
muzeyin 2016-cı ildə
yeni binası istifadəyə verilib.
Muzeyin yenidən qurulmuş ekspozisiyası iki mərtəbədə yerləşdirilib.
Muzeydə 2910 eksponat (o cümlədən
102-si daimi ekspozisiyada)
qorunub saxlanılır.
Qazax şəhərində
Ədəbiyyat Muzeyi də fəaliyyət göstərir. Muzeyin üçmərtəbəli binası 2013-cü ildə
istifadəyə verilib.
Muzeyin yerləşdiyi parkda Qazaxdan olan görkəmli
şəxsiyyətlərin büstləri ucaldılıb.
Nazir muzeylə tanış olub.
Anar Kərimov Qazax şəhərinin mərkəzində
yerləşən yerli
əhəmiyyətli memarlıq
abidələrinə – Cümə
məscidi (XX əsr) və məscidin qarşısında yerləşən
İsrafil ağa hamamına (XX əsr) da baxış keçirib, binada aparılan təmir-bərpa
işləri ilə tanış olub.
Məlumat verilib ki, məscid və hamam rayonun Qıraq Kəsəmən kənd sakini, xeyriyyəçi sahibkar İsrafil ağa Kərbəlayev (1866-1917) tərəfindən inşa etdirilib. Hamamın binası memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən hörülüb. Plan quruluşuna görə Şərq və Avropa memarlığının elementlərini özündə cəmləşdirən tikiliyə Azərbaycanın digər bölgələrində rast gəlinmir. O da bildirilib ki, İsrafil ağa hamamı Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilib.
Mədəniyyət naziri daha bir yerli əhəmiyyətli memarlıq abidəsinə – Qazax Müəllimlər Seminariyasının (XX əsr) binasına da baş çəkib, burada aparılan təmir-bərpa işləri ilə maraqlanıb. Qeyd edək ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib.
Anar Kərimov Qazaxın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət edib, Vətən uğrunda canından keçən igid oğulların xatirəsinə dərin ehtiramını bildirib.
Mədəniyyət nazirinin respublikanın qərb bölgəsinə səfəri davam edir.
Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu da keçirəcək. Nazir Ağstafa rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə də tanış olacaq.
Mədəniyyət.- 2022.- 31
avqust.- S.1;2.