Azərbaycan filmləri “Moskva premyerası”nda
Noyabrın 29-dan dekabrın 5-dək Rusiya paytaxtında postsovet ölkələrinin iştirakı
ilə IV Beynəlxalq
“Moskva premyerası” kinofestivalı keçirilir.
Festivalın proqramına Azərbaycan
kinosunun 3 nümunəsi
– “Bir cənub şəhərində”, “Əlvida,
cənub şəhəri”,
“İstintaq”, həmçinin Azərbaycan-Rusiya
istehsalı olan “Qobelen” və “Alisanın bir günü” (qısametrajlı) filmləri
də daxil edilib.
11 ölkənin iştirak
etdiyi festivalın münsiflər heyətində
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
(ARKİ) üzvü, Əməkdar
incəsənət xadimi
Ayaz Salayev də yer alıb.
Qeyd edək ki,
“Moskva premyerası” festivalı ilk dəfə 2003-cü ildə SSRİ Xalq artisti Aleksey
Batalovun rəhbərliyi ilə gerçəkləşib.
Uzun aradan sonra, 2019-cu ildən festival
MDB dövlətlərinin Beynəlxalq Humanitar
Əməkdaşlıq Fondu ilə əməkdaşlıq
zəminində bir kinoforum
olaraq beynəlxalq status
qazanıb. Festivalın məqsədi postsovet
ölkələrinin vahid mədəniyyət
və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.
Mədəniyyət.- 2022.- 2
dekabr.- S.8..