Könüllülük cəmiyyətdə sosiallaşmağa təkan verir

 

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. BMT Baş Assambleyası 1985-ci ildə bununla bağlı qətnamə qəbul edib. Bu gün münasibətilə bölgələrdə bir sıra tədbirlər keçirilib.

Mədəniyyət könüllülərinin Sabirabad şəhərindəki Bayraq Muzeyinə ekskursiyası təşkil edilib. Könüllülər muzeydə nümayiş etdirilən xanlıqlar dövrünün xəritəsi, bayraqları, Orta əsrlərə aid döyüşçü geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, Cümhuriyyət dövrünə aid sənədlər, həmçinin müxtəlif illərə aid poçt markaları, ordenmedallarla tanış olublar.

***

Ağstafa RMİ Ağstafa Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə şəhər 1 saylı Folklor klubunda Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib. Çıxış edənlər könüllülüyün şəxsin iradəsi və sərbəst seçiminə əsaslanan, əvəzi ödənilməyən fəaliyyət növü olduğu bildirilib. Onun cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş ictimai fəaliyyət, eləcə də sosiallaşmağa təkan verən bir olduğu diqqətə çatdırılıb.

Aşıq Əkbər Cəfərov adına Tovuz Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları Beynəlxalq Könüllülər Günü ilə bağlı Tovuz rayonAsan” hərbi vətənpərvərlik mərkəzinin könüllüləri ilə görüş keçiriblər.

 

 

Mədəniyyət.- 2022.- 7 dekabr.- S.4.