Rejissorlar ona həmişə rol verirdilər

 

Təəssüf ki, belə istedad sahibinə kinoda ancaq kiçikplanlı rollar həvalə olunub

 

Kinonun dublyaj sənətinin uğur qazanmasında təcrübəli teatr aktyorlarının rolu böyükdür. Təsadüfi deyil ki, xarakterik rollar ifaçısı kimi tanınan aktyorların bir çoxunun ekran obrazları həm ifadəli səsinə görə diqqət çəkib, sevilib. Xalq artisti Elxan Ağahüseynov (1942-2009) da milli kinomuzda oynadığı rolları dublyajdakı fəaliyyəti ilə kinosevərlərin yaddaşında iz salıb, eləcə televiziya tamaşalarındakı maraqlı, məzmunlu obrazlarına görə sənət uğuruna uğur qatıb.  

Sənətsevər gənc hələ Azərbaycan Dövlət Teatr İnstitutunda (indiki ADMİU) aktyorluq təhsilindən öncə Akademik Milli Dram Teatrının yardımçı heyətində işləyib. 1967-ci ildə instituta, özü teatrın baş rejissoru Tofiq Kazımovun kursuna qəbul olub. 1971-ci ildə təhsilini başa vurduqdan sonra təyinatı akademik teatra verilib. Qırx ilə yaxın bu sənət ocağında çalışıb. Ardıcıl olaraq kinoya da çəkilib, dublyajda fəaliyyət göstərib.

İlk dəfə görkəmli kinorejissor Əjdər İbrahimovun quruluş verdiyiİyirmialtılar” (1966) filmində matros rolunu səsləndirən aktyor bundan sonraDəli Kür”də mollaxana şagirdi, “Ad günüfilmində qəssab, “Qara gölün cəngavərləri”də qoçu, “Bayquş gələndə…” filmində milis işçisi digər yerli filmlərdə müxtəlif obrazları, həmçinin bir sıra xarici kino personajlarını səsləndirib.

Aktyorun təkcəArxadan vurulan zərbəfilmində Qurd Cəbrayıl obrazını (korifey sənətkar Yusif Vəliyevin yaratdığı personajın (Fəttah) keçmişi) səsləndirməsini xatırlamaq kifayətdir ki, ekran hadisələrinin incə məqamlarına qədər cilalanması bir daha təsdiqini tapsın. Təəssüflər olsun ki, belə bir istedad sahibinə həm dublyaj fəaliyyətində, həm kamera qarşısında kiçikplanlı rollar həvalə olunub. Buna baxmayaraq aktyorun yaradıcılığı diqqət çəkir, maraq doğurur.

Əməkdar artist Loğman Kərimovun sənət dostu haqqındakı qeydlərindən: “Elxan Ağahüseynovun səsi tanınan səslər sırasındadır. Onu hələ məktəb illərindən tanıyırdım. Məktəbdə oxuyarkən Azərbaycan Televiziyasına, “Azərbaycanfilmkinostudiyasının dublyaj studiyasına dəvət olunurdum. Onunla tez-tez rastlaşırdım. Səhər televiziyaya gedəndə onu artıq orda görürdüm. Səhər saat 8:30-da hansısa bir radio tamaşasında səsini yazırdı. Oradan çıxandan sonra teatrda məşqə gedirdi. Günorta məşqdən çıxıb yollanırdı kinostudiyaya yaxud dublyaja. Oradan da televiziyada hazırlanacaq hansısa bir tamaşanın məşqinə gedirdi, sonra isə Akademik Dram Teatrındakı hər hansı bir rolunu oynamağa yollanırdı. Bunların hamısı mənim gözümün qabağında olub. Elxan işini elə qururdu ki, bunların heç birinə gecikmirdi. Sonralar onun çoxşaxəli yaradıcılığını xatırlayanda fikirləşirdim ki, əgər Elxan bu qədər filmdə, tamaşada iştirak edirdisə, deməli, nizam-intizamlı aktyor olub, heç kimi narazı salmayıb, vaxtında çəkilişlərə gəlib. Buna görə rejissorlar ona həmişə rol verirdilər. O da rejissorların istədiyindən artığını  ərsəyə gətirirdi.

O, bir gecədə 24 vərəqlik mətni əzbərləyib səhər məşqə gələn aktyor idi. Həddindən artıq məsuliyyətli insan idi. atlar üçün valsteleviziya tamaşasında tərəf-müqabil olduq. Burda da heç bir çətinliyimiz olmadı, dialoqlarımız da çox səmimi rahat alındı.

 

Baxmayaraq ki, gözünün nuru getmişdi, demək olar ki, 90 faiz görmürdü. Aktyor dostları səhnədə ona kömək edirdilər, haradan çıxıb hara getməsini başa salırdılar. Rolunu elə ustalıqla oynayırdı ki, tamaşaçı heç hiss etmirdi.

Televiziya tamaşalarında, “Səhər görüşləri”ndə mütəmadi iştirak edirdi. Teatrda da rolları çox idi. Hətta bir dəfə Xalq artisti Həsənağa Turabov ona, “Elxan, vaxt televizora baxıram səni görürəm. Bu ölkədə səndən başqa aktyor yoxdu?”deyə zarafatla müraciət edib. Elxan da zarafatla cavab verib ki, “Həsənağa, məndə hansı filmə baxıram elə səni görürəm”. Şən, zarafatcıl insan idi...”.

Kiçikplanlı rollarla yadda qalmaq xarakterik rol ifaçısı, sənət bilicisi olmaq deməkdir. Kiçik rolu filmin aparıcı qüvvəsinə çevirən aktyorlara isə rejissorların həmişə ehtiyacı var. Elxan AğahüseynovunAxırıncı aşırımfilmində oynadığı komsomolçu, “Nəğmə dərsi”ndə satıcı, “Qatır Məmməd”də mülki geyimli adam, “İstintaq”da Dadaşov, “Dantenin yubileyi”ndə film səsləndirən aktyor, “Onun bəlalı sevgisi”ndə sərgi iştirakçısı digər epizodik ekran obrazlarının mövzuya uyğun davranış jestləri hadisələrin gerçəkliyini təsdiqləyib, rolların yaradıcılıq diapazonuna dar gəldiyini vurğulayıb. Aktyorun kiçikplanlı rollara çəkilmə səbəbinə Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov aydınlıq gətirir: “Hərdən ondan hər kiçik rola niyə razı olduğunu soruşanda “Bu sənəti sevirəm axı”, – deyə cavab verirdi.  Elxan hər bir rolunu peşəkar oynayırdı, kütləvi səhnələrə belə çıxırdı. Bəzən məşqlərdə kiçikhəcmli roluna rejissordan tapşırıq gəlməyəndə özü rol üçün xarakter düşünüb tapır, ustalıqla təqdim edirdi. Bu da təsadüfi deyildi.

Azərbaycan Televiziyasında hazırlanan hekayə axşamlarında bəzi hallarda dörd rol oynayırdı, hamısı da bir-birindən fərqlənirdi. 1988-ci ildən ömrünün axırına kimi onunla yaradıcılıq əlaqələrimiz olub. Mənim quruluş verdiyimLal” (qısametrajlı bədii) filmində bir neçə (“Yurd yeri”, “At ilinin birinci ayı s.) televiziya tamaşamda oynayıb. Biz bir-birimizi çox gözəl anlayırdıq. Onunla birlikdə qastrol səfərlərində olmuşam. Çox gözəl yol yoldaşlığı var idi. Ləyaqətli, şəxsiyyətli insan idi...”.

Televiziya tamaşaları kinoya uğur gətirən aktyor peşəkarlığı üçün başlanğıcdır. Bu mənada mühüm həyat faktlarını kamera qarşısında sərbəst təqdim edən, həmçinin yaradıcılıq təcrübəsini genişləndirən aktyorlar üçün televiziya tamaşaları məktəbdir.

Kino fəaliyyəti ilə paralel olaraq televiziya tamaşalarında da mütəmadi çıxış edən Elxan Ağahüseynovun oynadığı Güləli (“Kişilər”), nəzarətçi (“Adı sənin, dadı mənim”), Qəmbər (“Evləri köndələn yar”), zabit (“At ilinin birinci ayı”) digər rolları insan münasibətlərinin dəqiq şərhini verir, cəmiyyətdə baş verən hadisələrin davranışların, sözün əsl mənasında, sosial tədqiqatçısına çevrilir. Təsadüfi deyil ki, onun televiziya tamaşalarındakı irili-xırdalı hər bir rolu bu gün maraqla izlənilir.

Aktyorun xarici dramaturqların əsərləri əsasında hazırlanan televiziya tamaşalarındakı obrazları da inandırıcıdır, koloritlidir. “Astana” (müəllif Aleksey Dudarev) televiziya tamaşasındakı Nikolay, “Altı nömrəli palata” (Anton Çexov) tamaşasındakı keçmiş zabit obrazları aktyorun uğurlu rollarındandır. Hər iki tamaşada tərəf-müqabili olan Əməkdar artist Abbas Qəhrəmanovun fikirləri aktyor haqqındakı düşüncələrimizi dərinləşdirir: “Elxan xarakterik aktyor idi. Belə şəxslər səmimi olur seçilirlər, onlarla ünsiyyət qurmaq da rahat olur. O, çox istedadlı idi, rollarını ciddi oynayırdı. Məşq üçün ayırdığı dəftərdə hərfləri həmişə böyük yazırdı. Əvvəl buna təəccüblənirdim. Sonra anladım ki, bu, gözlərindəki problemə görədir. Ömrünün son illərində əlindən tutub səhnəyə çıxarırdılar. Gözlərində problem olmasına baxmayaraq heç nədən şikayət etmirdi həmişə pozitiv ruhda olurdu.

Mədəni, zarafatı yerində edən, dəyərli insan idi. İnsanlarla ünsiyyət qurmağı bacarırdı. Həmişə də otağında adam olurdu. Çay içirdik, söhbət edirdik. Xoş əhval-ruhiyyəli, parlaq insan idi. Rauf Kazımovskinin rejissorluğu ilə hazırlanan hekayə axşamlarında tez-tez çıxış edirdi, həmişə də hazırlıqlı gəlirdi. Çox zəhmətkeş idi...”.

Əməkdar artist Kazım Həsənquliyev də həmkarını ehtiramla yada salır: “Elxan müəllimlə işdən sonra evə gedəndə çox vaxt yolüstü söhbət edirdik. İlk baxışdan zəhmli görünsə də, söhbət əsasında səmimi insan olduğu aydın olurdu. Söhbətlərindən hiss edirdim ki, ailəsini çox sevir. Yoldaşı Nazilə xanımdan, oğlanları Adil və Emildən razılıq edirdi, qayğıkeş ailə başçısı idi.  Televiziyada hazırlanan tamaşalara mütəmadi olaraq dəvət alırdı. Xarakterik rollar ifaçısı idi, hətta uşaq tamaşalarında da oynayırdı. Daxilən zəngin aktyor idi. Buna görə də imza atdığı hər bir yaradıcılıq işi uğurlu olurdu...”.

 

Şəhla ƏMİRLİ

kinoşünas

Mədəniyyət.- 2022.- 7 dekabr.- S.7.