Sənətşünas alim
Toğrul Əfəndiyev vəfat edib
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli İncəsənət Muzeyi Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev 6 dekabr 2022-ci ildə, 62 yaşında vəfat edib.
Toğrul Əfəndiyev 1 yanvar
1960-cı ildə Bakıda tanınmış sənətşünas
alim, akademik Rasim Əfəndiyevin ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 1982-1988-ci illərdə
Mədəniyyət Nazirliyi
nəzdində Muzey Sərvətləri və
Xatirə Əşyalarının Elmi Bərpa
Mərkəzində Elmi
araşdırmalar şöbəsinin
müdiri vəzifəsində
çalışıb.
1986-cı
ildə “Azərbaycan incəsənətində təsviri
motivlər (VII-XV yüzilliklər)”
mövzusunda namizədlik
dissertasiyası (fəlsəfə
doktorluğu) müdafiə
edən T.Əfəndiyev
çoxsaylı elmi məqalələrin müəllifi,
Azərbaycan
mədəniyyət və
incəsənətini beynəlxalq
arenada təmsil edən bir sıra
sərgi, festival və
təqdimatların təşəbbüskarı,
təşkilatçısı və iştirakçısı
olub. O, Azərbaycan kəlağayı sənətinin
UNESCO-da “Bəşəriyyətin
qeyri-maddi mədəni
irsinin Reprezentativ Siyahısı”na salınması üçün
nominasiya faylının
hazırlanmasında yaxından
iştirak edib.
Toğrul
Əfəndiyev 2017-ci ildə
dövlət başçısının
müvafiq sərəncamı
ilə “Əməkdar
mədəniyyət işçisi”
fəxri adına
layiq görülüb.
Azərbaycan Rəssamlar İttifaqının
üzvü idi.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.6.