Davamlı inkişafı hədəfləyən
sahə
ATMU-da “Yaşıl iqtisadiyyat”
kitabının təqdimatı
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Biznes idarəçiliyi fakültəsi və İqtisadi İslahatların Təhlili və Kommunikasıya Mərkəzinin (İİTKM) birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov “Yaşıl iqtisadiyyat” kitabının məhz bu təhsil ocağında təqdimatından məmnunluğunu bildirib.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn yaşıl iqtisadiyyatın müasir dövrün ən böyük problemlərindən olduğunu söyləyib. O, dünya alimləri tərəfindən bu istiqamətə marağın gündən-günə artdığını qeyd edərək, ekoloji riskləri və çatışmazlıqları azaldan yaşıl iqtisadiyyatı davamlı inkişafı hədəfləyən sahə prizmasından dəyərləndirib.
İİTKM-in departament rəhbəri Rəşad
Hüseynov alternativ enerji mənbələrinin növləri, alternativ enerjidən istifadəyə keçidin sosial-iqtisadi
faydaları, ATMU-nun İqtisadiyyat
kafedrasının müdiri Səkinə
Hacıyeva yaşıl maliyyə məhsulu və xidmətləri,
pərakəndə maliyyə və yaşıl investisiyalar barədə danışıblar.
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.6.