Musiqi Mədəniyyəti Dövlət
Muzeyində tanınmış qarmon
ifaçısı ilə görüş
Dekabrın 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Musiqi Həvəskarları Klubu”nda tanınmış qarmon ifaçısı Vaqif Əliyevlə (“Segah Vaqif”) görüş keçirildi.
Tədbiri muzeyin direktor müavini Təranə Zeynalova açaraq əvvəlcə Azərbaycanda qarmon ifaçılığı tarixindən danışdı. Bildirdi ki, qarmon Azərbaycan xalq çalğı alətləri arasına daxil olduqdan sonra instrumental ifaçılıqda özünə mövqe qazanır. Təsadüfi deyil ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqisi aləti kimi qəbul olunur. Təranə Zeynalova sonra tanınmış qarmon ifaçısından söz açdı. Qeyd etdi ki, Vaqif Məhərrəm oğlu Əliyev gənc ikən fitri istedadı sayəsində sənətin sirlərinə yiyələnib, milli musiqimizin təbii rəngləri və əsrarəngiz səslərini bütün gözəllikləri ilə xalqa çatdırıb. İfası dinləyici və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu gün Vaqif Əliyevin 60 yaşı tamam olur. Onun keçdiyi ömür və sənət yolunu öz dilindən eşidək.
Tanınmış qarmon
ifaçısı həyat və sənət yolundan
danışdı. Qeyd etdi
ki, 1961-ci ildə Bakıda dünyaya
göz açıb. Valideynləri
Ağdamın Abdal Gülablı kəndindəndir.
Atası balaban, dayısı isə qarmon ifaçıları olub:
“Onlar tez-tez məşq
edərdilər. Mən isə o səsləri
yaddaşıma köçürərdim. 6-7 yaşım olanda valideynlərimdən xahiş
etdim ki, mənə qarmon alsınlar. Mənə balaca bir qarmon
aldılar. Bir gün dayım
bizə gəlmişdi.
İfama
qulaq asdı və bəyəndi.
Sonra mənə “Kazan” qarmonu aldılar.
Bakıxanov qəsəbəsindəki musiqi məktəbində təhsil almağa başladım. Sonra sənətə
olan sevgim sayəsində Azərbaycan
İncəsənət İnstitutunu
(indiki Mədəniyyət
və İncəsənət
Universiteti) bitirdim.
Bir müddət böyük sənətkarımız
Əlibaba Məmmədovun
“Hümayun” ansamblında,
sonra məşhur xanəndə Səxavət
Məmmədovla çiyin-çiyinə
“Qarabağ” instrumental ansamblında
çalışdım…”.
Bəs, görəsən,
qarmon ifaçısına
niyə “Segah Vaqif” deyirlər? Yubilyar buna da aydınlıq
gətirdi: “Segah” nəfəsim, canımdır.
“Segah”ın vətəni
Qarabağdır. Qarabağ
dərd və kədərimizi “Segah”la bölüşürəm…”.
Tədbirdə daha sonra Xalq artistləri Gülyaz Məmmədova, Teyyub Aslanov, Malik Mansurov Əməkdar artistlər Firuz Səxavət, Təhmiraz Şirinov, Azad Şükürov, Əməkdar
mədəniyyət işçisi
Səadət Təhmirazqızı,
Əməkdar müəllim
Qəzənfər Abbasov,
şairlər Allahverdi
Qiyaslı, Abdal Qəhrəman və başqaları çıxış edərək
yubilyarı təbrik etdilər.
Çıxışlar arasında xalq və bəstəkar mahnıları səsləndirildi. Yubilyara həsr
edilən şeirlər
oxundu.
Savalan Fərəcov
Mədəniyyət.- 2022.- 9
dekabr.- S.5.